Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zabit dədədən İsrafil dayıya: Qaxın gülüş yaddaşı - 1 Aprel reportajı VİDEO

Qax, 1 aprel, AZƏRTAC

Yumor və satira Azərbaycanda, eləcə də Şərq ölkələrində hələ orta əsrlərdən etibarən müstəqil folklor janrı — lətifə formasında geniş vüsət alıb. Azərbaycanda baməzə insanlardan söz düşəndə ilk ağla gələn Şəki və şəkililər olur. Çünki bu şəhərimiz baməzə əhvalatları və lətifələri ilə dünyada tanınır. Lakin digər bölgələrimizin də maraqlı ləhcə və lətifələri az deyil. Bu sırada Qax da özünəməxsus yer tutur, rayonun kəndləri arasındakı maraqlı əhvalatların lətifəyə çevrilərək söylənilməsi geniş yayılıb.

AZƏRTAC-ın bölgə müxbiri 1 Aprel - Beynəlxalq Gülüş Günü münasibətilə Qaxda olub, rayonda yumor hissi güclü olan, baməzə insanların lətifələrini dinləyib.

Qaxın təbiəti kimi insanları da saf və zəhmətsevərdir. Bu zəhmətsevərliyin mayasında həm də mehribanlıq, bir-birinə qarşı səmimi münasibət, ünsiyyət dayanır. Uzun illər apardığımız müşahidələr, insanlarla etdiyimiz söhbətlərdən belə qənaətə gəlmək olur ki, Qaxda da baməzə insanlar yetərincə olub və var. Onların maraqlı söhbətləri, bəzən ibrətamiz hərəkətləri bu gün lətifələrdə yaşadılır.

“Rayonda baməzə insanları və lətifəsevərləri harada tapmaq olar”, - deyə sual etdikdə ilk ağlımıza gələn ünvan Qax Dövlət Kukla Teatrı olur. Araşdırmaçı-jurnalist Nadir Ziyadlı deyir ki, teatrın gənc kollektivi vaxtaşırı olaraq rayonun kənd və qəsəbələrində tamaşalarla çıxış edir. Eyni zamanda insanlarla canlı ünsiyyət yaradırlar. Digər tərəfdən kollektivin üzvlərinin hərəsi bir kənddən olduğundan elə onların ləhcələri ilə etdikləri söhbətlərin özü belə lətifələrdir. “Qax rayonu öz ləhcəsi, dialekti ilə fərqlənən, çoxlu lətifələri olan rayondur. Burada bəlkə də hər kəndin özünün ləhcəsi var. Hər kənddə baməzə insanlar olub və onların söhbətləri həmişə dildən-dilə yayılıb, gülüş mənbəyinə çevrilib. Fərəhləndirici haldır ki, bizim Sarıbaşda Zabit dədə, İlisuda Sadəddin dayı və Abdukərim baba, Almalıda İsrafil dayı, eləcə də Dəymədağlıda, Qıpçaqda da tanınmış baməzə insanlarımız olub”, - deyən Nadir müəllim təəssüflə bildirir ki, onları üzə çıxara, maraqlı əhvalatlarını, lətifələrini yazı halına sala, kitab şəklində çap edə bilməyiblər. Lakin onların obrazları yaşadılır və lətifələrindən, deyimlərindən bu gün də istifadə olunur.

Qax Dövlət Kukla Teatrının əməkdaşı Əhməd Əhmədlinin nəsli, ata-baba şəcərəsi Sarıbaş kəndindəndir. Yarı zarafat, yarı ciddi deyir ki, Qaxın hansı kəndində qarpız kəssən onun içindən bir sarıbaşlı çıxacaq. Bu da o anlama gəlir ki, sarıbaşlılar rayonun əksər kəndlərində məskunlaşıb, ya qız verib, ya da qız alaraq qaynayıb qarışıblar. Bu arada Əhməd qonşu İlisu kəndi ilə bağlı sualımıza cavab vermir, öz ləhcəsində “Gəlin, onların bostanına daş atmayaq. Onsuz da sürhüllü məsələsində ulduzlarımız barışmır”, - deyə gülümsəyir.

O deyir: “Bax, bizim Sarıbaşda Zabit dayı vardı, Allah ona qəni-qəni rəhmət eləsin. Kişi ömrü boyu ağır kran maşını sürüb, zəhmətkeş adam idi. Bir gün Zabit dayı yaman azarlayır, yatağa düşür. Kəndimizin tibb bacısı da hər gün gəlib buna iynə vururmuş ki, tez ayağa qalxsın.

Deməli, növbəti gün tibb bacısı gəlir Zabit dayıgilin qapısına, boylanır görür ki, hər gün burada dayanan o yekə kran maşını yoxdur. Qız da elə bilir ki, ağsaqqal sağalıb, maşını da sürüb gedib iş dalınca. Daha qapını döymür, elə oradan da geri qayıdır.

Səhəri gün qız yenə gəlir, Zabit dayı bunu görən kimi soruşur:

- A qızım, dünən niyə gəlməmişdin, bəs mənim iynəm noldu?

Tibb bacısı da qayıdır ki:

- Zabit dayı, vallah səhər gəldim, gördüm qapıda kran yoxdur. Dedim yəqin sağalıb getmisən, ona görə geri qayıtdım.

Zabit dayı da özünü sındırmadan, o məşhur sarıbaşlı zarafatıyla deyir:

- A qızım, mənə bax... Sən o iynəni o boyda krana vurasıydın, yoxsa manaaa?..”

Teatrın digər əməkdaşı Vasif Fikrətli isə aranda yerləşən Almalı kəndindəndir. Deyir ki, baməzə insanlardan danışarkən haradan və kimdən başlayacağını bilmir. Kəndin o qədər baməzələri olub ki, saymaqla bitməz. “Bizim kənddə İsrafil dayı vardı. Çox baməzə insan idi. Uşaqla-uşaq, böyüklə-böyük idi. İstənilən söhbətinə yumor qata və insanı güldürə bilərdi. Lakin özünün dodağı belə qaçmazdı. Hələ qonşu kəndlərdən gələn olanda onların bütün şəcərəsini, ətrafını tanıyaraq elə söhbətlər qurardı ki, onu dinləyən inanardı”, - deyən Vasif Fikrətli İsrafil dayının lətifələrindən, söhbətlərindən yorulmadıqlarını bildirir.

Müsahiblərimizin biri digərindən maraqlı, baməzə söhbətlərini dinlədikcə Kukla Teatrının qarderobundakı persenojlar da sanki bizə qoşulub gülür və düşünürdü. Nadir Ziyadlı bu günə kimi Qaxda belə baməzə insanlar haqqında dolğun məlumatlar toplayıb onu qaydaya, yazıya, kitab şəklinə sala bilmədiklərinə görə təəssüflənir. Lakin qarşıdakı illərdə teatrın kollektivi, xüsusən gənclər həm bir ssenari üzərində işləyəcəklərini, həm də Qax lətifələrini bir araya toplayıb kitab halında çap edəcəklərini planladıqlarını bildirirlər.

Müxbir - Rasim İslamoğlu

Zabit dədədən İsrafil dayıya: Qaxın gülüş yaddaşı - 1 Aprel reportajı VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat nəticəsini təqdim edir

Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək

Payızın ilk “Ulduz”u

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər

“Həzrəti-Sultan” muzey-qoruğunun direktoru: Xoca Əhməd Yəsəvinin irsi türk xalqlarını ümumi mənəvi dəyərlər ətrafında birləşdirir

Statistika Şurasının iclasında Milli Statistika Sisteminin inkişaf istiqamətləri müzakirə olunub

Lixtenşteyn millisinin baş məşqçisi: Sabahkı oyunun favoriti Azərbaycan yığmasıdır

Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb

Azərbaycanın turizm brendi Brüssel sammitinin diqqət mərkəzində

“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub

Azərbaycan Ordusunun müasir silah və texnika ilə təminatı istiqamətində mühüm işlər həyata keçirilir - ŞƏRH

Qəbələnin turizm imkanları İstanbulda təqdim olunub

Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq

Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görülüb

bp “Mərkəzi Azəri” platformasında qazın yenidən laylara vurulma gücünü artırıb

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb

Orta Dəhliz boyunca 14 terminal tikiləcək

Ankaradakı iclasda Azərbaycanda ixracın artırılmasında maliyyə alətlərinin rolundan danışılıb

Qırğızıstanda meşə sahəsi 500 min hektardan çox artıb

Hesablama Palatasında 2027-ci il dövlət büdcəsinin layihəsi müzakirə olunub

Dünya miqyasında məlumat mərkəzlərinin sayı 12 min 259-a yüksəlib

Selçuk Bayraktar: “TEXNOFEST” nəsli Türkiyənin inkişaf lokomotividir

“ADEX 2026”: Azərbaycanın hərbi sənaye potensialının dünyaya təqdimatı – ŞƏRH

Elmir Babayev: Gənc alimin elmi profili mütəmadi yenilənməli, tədqiqat maraqları aydın təqdim olunmalıdır

Hərbi qulluqçuların pensiya təminatı mexanizmi təkmilləşdirilir

“Aspides” missiyası Qırmızı dənizdə 260 gəminin mühafizə və müşayiət tələb etdiyini açıqlayıb

Daniyar Sadvakasov: Xoca Əhməd Yəsəvinin təlimi türk dilinin qorunmasında mühüm rol oynayıb

Bal arısının mikrosporidial xəstəliyinə qarşı bitki ekstraktlarının təsiri araşdırılacaq

Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb

Azərbaycanın müdafiə sənayesində nailiyyətləri hərbi-texniki potensialı gücləndirir – ŞƏRH

İnvestisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir

Aqrar Sığorta Fondu: Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib

Azərbaycanın və Gürcüstanın Ali məhkəmələri arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstan ali təhsildə təcrübə mübadiləsini genişləndirir

Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib

İlk IELTS cəhdində istədiyi nəticəni ala bilmədi, ikinci cəhddə 7.0 topladı - Dövlət Proqramının qalibi

Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir

Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Bakı və Abşeronda fəaliyyət göstərən təsərrüfat subyektlərində aksizli malların dövriyyəsi ilə bağlı nöqsanlar aşkarlanıb

ARKA-da dövlət dəstəyi ilə istehsal ediləcək film layihələrinin pitçinqinin birinci mərhələsi reallaşıb

Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb

“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir

Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb

AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək

Satınalmalarla bağlı yeni qayda tətbiq ediləcək

Azərbaycanın patronaj modeli beynəlxalq konqresdə I yerə layiq görülüb

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib VİDEO

Nəqliyyat dəhlizlərinin inteqrasiyası regional logistikanın səmərəliliyini artıracaq - ŞƏRH

Elmir Babayev: Tədqiqatçı əvvəlcə layihəsi üçün hansı dəstəyə ehtiyac olduğunu müəyyənləşdirməlidir

® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır

Mingəçevir Sənaye Parkında “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək

Azərbaycanlı alim Çində beynəlxalq forumda Konfutsinin pedaqoji düşüncələrindən danışıb

® Azərbaycanda heyvandarlıq genetikası və reproduktiv biotexnologiya üzrə regional mərkəz yaradılacaq

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

Baş direktor: STM şirkəti qardaş Azərbaycana texnoloji transferə hazırdır

Dünya çempionu olan millinin baş məşqçisi: Azərbaycan çimərlik güləşində iddialı ölkələrdən biridir

Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır

Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub

Sabahdan Azərbaycanda elektron pulköçürmələr ilə bağlı yeni qaydalar qüvvəyə minir

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

RF baş konsulluğu “Flydubai” təyyarəsinin göyərtəsində rus pilotun olması xəbərlərini təkzib edib

Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb

ADAU “UI GreenMetric 2026” reytinqində mövqeyini yaxşılaşdırıb

“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 2 dəfədən çox artıb

Azərbaycanda dayanıqlı turizmin inkişafı üçün yeni elmi-tədqiqat layihəsi icra olunur

Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür

Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub

Olimpiada iştirakçıları biologiya üzrə seçim imtahanında biliklərini sınayacaqlar

İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb

Naxçıvanda “RehaBus” layihəsi üzrə əlilliyi olan 216 şəxsə xidmət göstərilib

BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb

ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb