Zaqatalada ağacəkmə aksiyası keçirilmişdir
Zaqatala, 24 noyabr (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyevin ölkə ərazisində ekoloji mühitin sağlamlaşdırılması ilə bağlı verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq noyabrın 24-də Zaqatala rayonunda növbəti ağacəkmə aksiyası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, aksiya çərçivəsində rayonun girəcəyində Lahıc kəndi ərazisində, Yevlax-Balakən-Gürcüstan magistral yolunun kənarında əvvəlki illərdə əkilmiş gül kolları və ağaclara qulluq göstərilmiş, bu ərazidə 350 ədəd yeni ağac əkilmişdir. Əkilmiş ağacların mühafizəsini təmin etmək məqsədi ilə ərazi hasarlanmışdır.
Ümumiyyətlə, aksiya çərçivəsində avtomobil yollarının kənarlarında 2500 ədəd ağac əkilməsi nəzərdə tutulur.
Ağacəkmə aksiyası növbəti həftələrdə də davam etdiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]