Zaqrebdə keçirilən Avropa çempionatında Azərbaycan və Türkiyə komandalarından qardaşlıq mesajı
Bakı, 20 aprel, AZƏRTAC
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə Avropa çempionatında Azərbaycan və Türkiyə qardaşlığı növbəti dəfə nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, sərbəst güləş üzrə yığmaların təltifetmə mərasimdən sonra hər iki komandanın nümayəndə heyəti arenada iki ölkənin dövlət bayrağı ilə birgə şəkil çəkdirib, növbəti dəfə dost və qardaşlıq mesajı veriblər.
İki qızıl, 2 gümüş və 2 bürünc medal qazanan Azərbaycan millisi Avropa çempionu olub. Türkiyə seçməsi isə 2 qızıl, 1 gümüş və 3 bürünc medalla üçüncü yeri tutub.
Qeyd edək ki, Ermənistanın paytaxtı İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında Azərbaycan bayrağı yandırılıb. Hadisədən sonra milli komanda yarışdan imtina edib. Türkiyə təmsilçiləri sözügedən yarışda qazandıqları medalları məhz Azərbaycana həsr ediblər. Son zamanlar ölkələr arasındakı həmrəylik və qardaşlıq münasibətləri idman sahəsində də özünü qabarıq şəkildə göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [12:56]