Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zaur Qardaşov: TRIPP Azərbaycan sahibkarları üçün yeni biznes modeli təklif edir – MÜSAHİBƏ VİDEO

Zaur Qardaşov: TRIPP Azərbaycan sahibkarları üçün yeni biznes modeli təklif edir – MÜSAHİBƏ VİDEO

Bakı, 21 avqust, AZƏRTAC

Azərbaycanın nəqliyyat və logistika imkanlarının genişləndirilməsi baxımından TRIPP layihəsi regionda yeni perspektivlər formalaşdırır. Azərbaycanla Naxçıvanı Ermənistan ərazisindən birləşdirəcək bağlantının reallaşması ölkənin beynəlxalq nəqliyyat marşrutlarındakı mövqeyinə, sahibkarların xarici bazarlara çıxışına və regional iqtisadi əlaqələrə təsir göstərə biləcək mühüm amillərdən biri kimi qiymətləndirilir. Layihənin iqtisadi potensialı, onun Azərbaycan biznesi üçün yarada biləcəyi imkanlar və bu imkanlardan səmərəli istifadə üçün hansı şərtlərin vacib olduğu isə diqqətçəkən əsas məsələlərdəndir. Mövzu ilə bağlı iqtisadçı-ekspert, Kiçik və Orta Biznes Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

- TRIPP layihəsi Azərbaycanın ixrac potensialına və yerli sahibkarların beynəlxalq bazarlara çıxış imkanlarına necə təsir göstərə bilər?

- Yeni marşrut Azərbaycanın ixrac coğrafiyasını genişləndirə, logistika xərclərini azalda və xüsusilə yüksək əlavə dəyərli məhsulların Avropa və digər xarici bazarlara çıxışını sürətləndirə bilər. Azərbaycanın beynəlxalq ticarət və logistika xəritəsində yeni mərhələnin başlanğıcı üçün mühüm imkan yaranır. Azərbaycanla Naxçıvanı Ermənistan ərazisindən birləşdirəcək və TRIPP kimi tanınan bağlantı layihəsi Cənubi Qafqazın nəqliyyat arxitekturasını dəyişməklə yanaşı, Azərbaycan sahibkarlarının xarici bazarlara çıxış imkanlarına da ciddi təsir göstərə bilər.

2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin imzaladığı Birgə Bəyannamədə əsas hissə ilə Naxçıvan arasında maneəsiz bağlantının təmin edilməsi üzrə səylər təsbit edilib. Sənəddə TRIPP layihəsinin Ermənistan ərazisində inkişaf etdirilməsi nəzərdə tutulub. 2026-cı ildə isə layihənin praktiki və institusional əsaslarının formalaşdırılması istiqamətində yeni addımlar atılıb. ABŞ və Ermənistan arasında TRIPP üzrə Çərçivə Sazişi imzalanıb. Sənəddə dəmir yolu, avtomobil yolu, neft-qaz kəmərləri, fiber-optik və elektrik infrastrukturu kimi müxtəlif bağlantı imkanları nəzərdə tutulur. Bu baxımdan TRIPP layihəsinə yalnız yeni avtomobil və ya dəmir yolu kimi baxmaq düzgün olmaz. Layihənin əsas iqtisadi əhəmiyyəti onun Azərbaycanın Şərq–Qərb ticarət marşrutlarında daha güclü mövqe qazanmasına və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun - Orta Dəhlizin mühüm bağlantılarından birinə çevrilməsinə imkan yaratmasıdır. Orta Dəhliz üzrə yükdaşımaları son bir ildə əhəmiyyətli artım göstərib. Ümumi yük həcmi təxminən 30-50 faiz artıb. Konteyner daşımaları (TEU) bəzi hesabatlara görə 2 dəfəyə yaxın artım (80-100 faiz) göstərib. Artımın əsas səbəbləri Rusiya marşrutuna alternativ axtarışı (Şimal Dəhlizinin zəifləməsi), Qırmızı dəniz və Süveyşdə təhlükəsizlik riskləri, Qazaxıstan–Xəzər–Azərbaycan logistikasının genişlənməsi, Bakı–Tbilisi–Qars xəttinin gücləndirilməsi, Çin–Avropa ticarətində “quru marşrutlara” marağın artmasıdır. Azərbaycan Prezidentinin rəsmi saytında da TRIPP-in Orta Dəhlizin növbəti mühüm seqmentinə çevrilə və Asiya ilə Avropa arasında yükdaşımaları genişləndirə biləcəyi qeyd olunur. Körfəzi də burada qeyd etmək yerinə düşərdi. Cari ilin avqust ayına olan məlumata görə, körfəzdən yalnız 9 yük gəmisi keçib. Ancaq ötən ilin eyni tarixində 153 gəmi keçmişdi. Körfəz təkcə neft və neft məhsullarının daşınması üçün deyil, həm də böyük yük dövriyyəsinə malikdir.

İxracatçı üçün marşrutun əhəmiyyəti yalnız coğrafi məsafə ilə ölçülmür. Əsas məsələ məhsulun nə qədər müddətə, hansı xərclə və nə qədər proqnozlaşdırıla bilən şəkildə alıcıya çatdırılmasıdır. Yeni bağlantının tam və səmərəli fəaliyyət göstərməsi halında Azərbaycan şirkətləri üçün Naxçıvan üzərindən Türkiyə və daha sonra Avropa bazarlarına çıxışın alternativ və daha çevik logistika imkanları yarana bilər. Bu, xüsusilə logistika xərclərinin məhsulun son qiymətində mühüm paya malik olduğu sahələr üçün əhəmiyyətlidir.

Digər tərəfdən, marşrutun multimodal olması, yəni avtomobil, dəmir yolu və gələcəkdə digər infrastruktur elementlərinin inteqrasiyası – sahibkara yükün xarakterindən asılı olaraq optimal nəqliyyat modelini seçmək imkanı verə bilər. TRIPP üzrə rəsmi çərçivə sənədində də məhz multimodal nəqliyyat bağlantısının yaradılması və regional ticarətin genişləndirilməsi məqsədi vurğulanır.

- TRIPP layihəsinin yaratdığı yeni logistika imkanlarından Azərbaycanın hansı məhsulları və sənaye sahələri daha çox faydalana bilər?

- TRIPP-in Azərbaycan ixracına təsiri bütün məhsullar üçün eyni olmayacaq. Ən böyük üstünlüyü logistika sürəti, çatdırılma müddəti və etibarlılığın mühüm olduğu məhsullardır.

1. Kənd təsərrüfatı və aqrar məhsullar - ilk növbədə, meyvə-tərəvəz, təzə və soyuducuda saxlanılan kənd təsərrüfatı məhsulları xüsusi potensiala malikdir. Azərbaycanın narı, pomidoru, xurması, alma, üzüm, gilas, ərik və digər meyvələri xarici bazarlara çıxarılarkən məhsulun təzəliyi əsas rəqabət üstünlüklərindən biridir. Məsələn, məhsulun daşınma müddətinin azalması ixracatçı üçün sadəcə logistika qənaəti deyil. Bu, itki və xarab olma riskinin azalması, daha yüksək keyfiyyətin qorunması və nəticədə daha yüksək satış qiyməti deməkdir. Bu səbəbdən TRIPP soyuducu yük daşımalarının logistikasının inkişafı ilə paralel şəkildə həyata keçirilərsə, Azərbaycanın aqrar ixracında ciddi artım potensialı yarada bilər.

2. Qida və emal sənayesi məhsulları - ikinci böyük qrup emal olunmuş qida məhsullarıdır. Şirələr, konservlər, qurudulmuş meyvələr, mürəbbələr, mineral sular, şirniyyat, bitki yağları, süd məhsulları və digər “Made in Azerbaijan” məhsulları üçün yeni marşrut Avropa və Türkiyə bazarlarına çıxışın diversifikasiyasına kömək edə bilər. Burada mühüm məqam ondan ibarətdir ki, sahibkar yalnız xammal ixrac etmək əvəzinə daha yüksək əlavə dəyərli hazır məhsul istehsal etməyə təşviq oluna bilər. Başqa sözlə, TRIPP təkcə nəqliyyat layihəsi deyil, Azərbaycan sənayesində məhsul strukturunun dəyişməsinə də stimul verə bilər.

3. Tekstil, geyim və yüngül sənaye - tekstil və geyim sektorunda çatdırılma müddəti xüsusilə əhəmiyyətlidir. Azərbaycan istehsalçısı Türkiyə və Avropa distribütorlarına daha çevik logistika təklif edə bildikdə, “sürətli çatdırılma” üstünlüyü daha böyük sifarişlərin əldə edilməsinə kömək edə bilər. Bu baxımdan TRIPP Azərbaycan üçün Türkiyənin böyük tekstil və istehsal ekosistemi ilə daha sıx inteqrasiyaya da şərait yarada bilər.

4. Kimya, əczaçılıq və biotexnologiya məhsulları - daha strateji istiqamətlərdən biri əczaçılıq, tibbi məhsullar, bioloji preparatlar və digər yüksək əlavə dəyərli istehsaldır. Bu məhsullarda logistikanın sürəti və etibarlılığı mühüm əhəmiyyət daşıyır. Xüsusilə temperatur rejiminə nəzarət tələb edən məhsullar üçün müasir “cold chain” infrastrukturu ilə inteqrasiya edilmiş yeni nəqliyyat bağlantıları ixrac imkanlarını genişləndirə bilər. Azərbaycanın gələcəkdə vaksin, baytarlıq preparatları, dərman vasitələri, qida əlavələri və digər biotexnoloji məhsullar üzrə istehsal imkanlarını artırması fonunda bu sahə xüsusi perspektiv daşıyır.

5. Kimyəvi və sənaye məhsulları - plastik və polimer məhsulları, gübrələr, kimyəvi məhsullar, tikinti materialları və digər sənaye malları da yeni marşrutdan faydalana bilər. Bu məhsulların bir hissəsində əsas üstünlük daşınma sürətindən daha çox alternativ logistika kanalının yaranması və təchizat zəncirinin şaxələndirilməsi olacaq. İxracatçı üçün bir marşrutdan asılılığın azalması özü ciddi iqtisadi üstünlükdür.

6. Yaşıl enerji, rəqəmsal infrastruktur və data xidmətləri. TRIPP-in potensialı fiziki yük daşımaları ilə məhdudlaşmır. Azərbaycan Prezidentinin rəsmi məlumatında gələcəkdə marşrut çərçivəsində enerji resurslarının daşınması, elektrik enerjisinin, xüsusilə bərpaolunan enerjinin ixracı və fiber-optik xətlərin çəkilməsi imkanları da qeyd edilir.

Ölkədə yeni süni intellekt xidmətlərinə əsaslanan data mərkəzlərinin qurulmasını da təşviq edə bilər ki, bu da Azərbaycanın yaşıl enerji ixracı strategiyası üçün əlavə imkanlar yarada bilər.

- TRIPP-in Azərbaycanın regional logistika mərkəzi kimi mövqeyini gücləndirməsi üçün hansı amillər əsas rol oynayacaq?

- TRIPP-in strateji əhəmiyyəti ondan ibarətdir ki, o, ayrıca və təcrid olunmuş nəqliyyat xətti kimi deyil, daha geniş Trans-Xəzər ticarət sisteminin bir hissəsi kimi fəaliyyət göstərə bilər.

TRIPP-in rəsmi çərçivə sənədində layihənin Azərbaycan ilə Naxçıvan arasında bağlantı yaratmaqla yanaşı, Trans-Xəzər Ticarət Marşrutunun mühüm bağlantılarından birinə çevriləcəyi bildirilir. Məqsəd Mərkəzi Asiya və Xəzər regionunu Avropa ilə daha geniş şəkildə əlaqələndirməkdir. Belə bir inteqrasiya Azərbaycan sahibkarına prinsip etibarilə yeni biznes modeli təklif edir. Bu model Azərbaycanın yalnız ixracatçı ölkə deyil, eyni zamanda, regional logistika və distribusiya mərkəzi kimi rolunu gücləndirə bilər.

Sahibkarlar üçün yeni imkan yaranır, amma bu, avtomatik ixrac artımı olacaq demək deyil. Burada mühüm bir məqamı nəzərə almaq lazımdır: TRIPP-in istifadəyə verilməsi Azərbaycanın ixracının avtomatik olaraq artacağına zəmanət vermir. Yeni yol yalnız infrastruktur imkanını yaradır. Bundan biznes nəticəsi əldə etmək üçün sahibkarların məhsullarını beynəlxalq standartlara uyğunlaşdırması, sertifikatlaşdırma sistemlərini inkişaf etdirməsi, qablaşdırma və logistika infrastrukturuna investisiya qoyması və xarici distribütorlarla əlaqələr qurması lazımdır. Başqa sözlə, yeni marşrutun iqtisadi effektini əldə etmək üçün, məhsulun beynəlxalq standartlara uyğunluğu, ixrac sertifikatlarının əldə edilməsi, logistika və “soyuq zəncir” infrastrukturu, rəqabətqabiliyyətli qiymət, ixrac maliyyələşməsi, sığorta və ödəniş mexanizmləri, xarici distribütor şəbəkəsi və s. paralel şəkildə inkişaf etdirilməlidir.

- TRIPP-in iqtisadi səmərəsini artırmaq və Azərbaycanın KOB-ları üçün yeni imkanlar yaratmaq məqsədilə hansı infrastruktur və dəstək mexanizmlərinin formalaşdırılması vacibdir?

- TRIPP-in ən mühüm nəticələrindən biri Azərbaycan kiçik və orta bizneslərinin ixraca çıxışının asanlaşması ola bilər. Böyük şirkətlər yüksək logistika xərclərini müəyyən qədər kompensasiya edə bilsələr də, kiçik istehsalçı üçün hər əlavə gün və hər əlavə kilometr məhsulun rəqabət qabiliyyətinə ciddi təsir göstərir. Daha sürətli və proqnozlaşdırılan logistika KOB-lara daha kiçik partiyalarla xarici bazarlara çıxmağa, sifarişlərə daha çevik cavab verməyə və yeni bazarlarda distribütorlarla işləməyə imkan verə bilər.

Bu baxımdan TRIPP Azərbaycanın ixrac siyasətində “bir neçə böyük ixracatçıdan çoxsaylı KOB ixracatçılarına keçid” üçün əlavə imkan yarada bilər. Azərbaycan üçün əsas məsələ yeni marşrutun ətrafında ixrac ekosistemi yaratmaqdır. Logistika mərkəzləri, gömrük prosedurlarının rəqəmsallaşdırılması, elektron sənədləşmə, anbar və soyuducu terminallar, yük sığortası, ixrac kreditləri, sertifikatlaşdırma laboratoriyaları və xarici bazarlarda Azərbaycan məhsullarının təşviqi bu ekosistemin əsas elementləri ola bilər. Eyni zamanda, TRIPP-in rəqəmsal və enerji komponentləri də nəzərə alınmalıdır. Layihə çərçivəsində fiber-optik və elektrik infrastrukturu imkanlarının nəzərdə tutulması gələcəkdə onun yalnız fiziki yük dəhlizi deyil, enerji və rəqəmsal bağlantı platforması kimi inkişaf etməsinə şərait yarada bilər.

TRIPP Azərbaycan sahibkarları üçün sadəcə yeni bir yol deyil. Düzgün istifadə edildiyi halda, bu layihə Azərbaycanın ixrac coğrafiyasını, logistika modelini və regional iqtisadi rolunu dəyişə biləcək strateji infrastruktur layihəsinə çevrilə bilər.

Ən böyük potensial kənd təsərrüfatı və qida məhsulları, tekstil və yüngül sənaye, əczaçılıq və biotexnologiya, kimya və sənaye məhsulları, eləcə də gələcəkdə yaşıl enerji və rəqəmsal xidmətlər sahəsində görünür. Azərbaycanın əsas üstünlüyü isə onun yalnız bu marşrutun istifadəçisi olmaması, eyni zamanda, Xəzərdən Qafqaza, Naxçıvandan Türkiyəyə və daha sonra Avropaya uzanan daha geniş ticarət sisteminin mərkəzi həlqələrindən birinə çevrilə bilməsidir. Bu səbəbdən TRIPP-in istifadəyə verilməsi ilə bağlı əsas sual “yeni yol haradan keçəcək?” deyil. Əsas sual budur - “Azərbaycan sahibkarları bu yeni yol vasitəsilə hansı yeni bazarlara, hansı məhsullarla və hansı əlavə dəyərlə çıxacaq?”

Əgər nəqliyyat infrastrukturu ilə yanaşı istehsal, sertifikatlaşdırma, logistika, maliyyələşmə və ixrac təşviqi mexanizmləri də paralel inkişaf etdirilərsə, TRIPP Azərbaycanın ixracatçıları üçün yeni marşrut olmaqdan daha çox, yeni ixrac coğrafiyasının başlanğıc nöqtəsinə çevrilə bilər.

Müxbir – Vüsalə Səfərova

Zaur Qardaşov: TRIPP Azərbaycan sahibkarları üçün yeni biznes modeli təklif edir – MÜSAHİBƏ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi