Zəlzələ bölgəsində kompleks işlər davam etdirilir
Zaqatala, 21 may (AZƏRTAC). Şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində rayonlara dəymiş ziyanı müəyyənləşdirmək məqsədilə Fövqəladə Hallar Nazirliyi və aidiyyəti qurumlar tərəfindən zərər çəkmiş ərazilərdə araşdırmalar davam etdirilir.
FHN-in operativ qərargahından AZƏRTAC-a bildirmişlər ki, hazırda Zaqatala, Balakən və Qax rayonlarının ərazilərində 22 komissiya araşdırma aparır. Mayın 21-dək komissiyalar 5854 evə və 179 sosial obyektə baxış keçirmişlər. Məlum olmuşdur ki, zəlzələ nəticəsində bu rayonlarda 1423 ev və 62 sosial obyekt tam qəzalı vəziyyətə düşmüş, 1226 evin və 35 sosial obyektin bərpa və gücləndirməyə, 1717 evin və 58 sosial obyektin isə təmirə ehtiyacı vardır. Baxış keçirilmiş 1488 ev və 24 sosial obyektin vəziyyəti qənaətbəxş hesab edilmişdir.
Zəlzələdən zərər çəkən ailələrin yerləşdirilməsi üçün indiyədək qərargaha 6388 çadır gətirilmiş, onlardan 6302-si ailələrə paylanmışdır. Ümumilikdə Balakən rayonuna 40, Şəki rayonuna 10, Qax rayonuna 1401, Zaqatala rayonuna isə 4829 çadır verilmişdir. Bundan əlavə, nazirliyin Qəbələ Regional Mərkəzində ehtiyat üçün bir neçə yüz ədəd çadır saxlanılır. Zərurət yaranacağı təqdirdə bu çadırlar da fəlakət bölgəsinə gətiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]