Zəlzələ nəticəsində Zaqatalada 445 ev uçmuş, 3489 ev isə qəzalı vəziyyətə düşmüşdür
Zaqatala, 10 may (AZƏRTAC). Zaqatalada mayın 7-də baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.
Rayon fövqəladə hallar komissiyasından AZƏRTAC-a bildirmişlər ki, son məlumatlara görə, baş vermiş təbii fəlakət nəticəsində indiyədək rayonda 445 ev uçmuş, 3489 ev isə qəzalı vəziyyətə düşmüşdür. Bundan əlavə, zəlzələ nəticəsində 130 sosial obyekt, o cümlədən 39 məktəb binası, 25 uşaq bağçası, 9 səhiyyə obyekti, 15 mədəni-maarif müəssisəsi və digər obyektlər zərər görmüşdür.
İndiyədək 3934 ailə qəzalı vəziyyətdə olan evlərdən çıxarılmış, rayonun 55 yaşayış məntəqəsində 1647 ədəd çadır quraşdırılmışdır. Bu ailələrin 2297-si çadırlarda, 1637 ailə isə digər yerlərdə yerləşdirilmişdir.
Dövlət başçısının tapşırığına uyğun olaraq, zəlzələdən zərər çəkən ailələrə yeni evlərin tikintisi üçün aidiyyəti qurumlar tərəfindən rayona tikinti materiallarının gətirilməsi işi sürətlənir. Eyni zamanda, zərər çəkmiş əhaliyə ərzaq yardımı göstərilir, səhiyyə xidməti təşkil olunur. Tezliklə tikinti şirkətləri tərəfindən yeni evlərin inşasına başlanılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]