Zəlzələ zamanı Qax rayonunda 40-dan artıq yaşayış məntəqəsinə ziyan dəymişdir
Qax, 11 may (AZƏRTAC). Mayın 7-də baş vermiş zəlzələ zamanı əhaliyə dəyən zərəri müəyyənləşdirmək üçün yaradılmış işçi qrupları və aidiyyəti qurumlar tərəfindən yerlərdə dəqiqləşdirmə və təhlil işləri davam etdirilir.
Qax rayon fövqəladə hallar komissiyasından AZƏRTAC-a bildirmişlər ki, komissiyaya daxil olan son məlumatlara görə, təbii fəlakət nəticəsində indiyədək rayon üzrə 42 yaşayış məntəqəsində 252 ev uçmuş, 167 ev qəzalı vəziyyətə düşmüş, 929 ev isə müxtəlif dərəcədə zədələnmişdir. Ən çox ziyan Güllük və Zərnə kəndlərinə dəymişdir. Güllük kəndində 164, Zərnə kəndində isə 60 ev uçmuş, müvafiq olaraq 83 və 22 ev qəzalı vəziyyətə düşmüş, Güllükdə 295, Zərnədə isə 69 ev zədələnmişdir.
Zəlzələ zamanı rayon üzrə 34 sosial obyektə, o cümlədən 18 məktəb binasına, 7 uşaq bağçasına və 9 mədəniyyət obyektinə zərər dəymişdir.
Fövqəladə Hallar Nazirliyi tərəfindən indiyədək kəndlərdə 827 çadır quraşdırılmışdır. Dövlət başçısının tapşırığına uyğun olaraq təbii fəlakətdən zərər çəkmiş ailələrə ərzaq yardımı və digər xidmətlər göstərilir. İndiyədək 576 ailəyə ərzaq bağlaması verilmişdir və bu iş davam etdirilir.
Rayonun icra strukturları baş vermiş zəlzələnin nəticələrinin qısa müddət ərzində aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi və digər əlaqədar qurumlarla birgə zəruri tədbirləri davam etdirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]