ZƏRƏRLİ MÜƏSSİSƏLƏRDƏ İNSAN SAĞLAMLIĞINA DİQQƏT ARTIRILIR
“Azərenerji” ASC-nin əməyin mühafizəsi və texniki təhlükəsizlik xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, respublikanın milli elektroenergetika müəssisələrində işçilərin sağlamlığını qorumaq istiqamətində işlər görülür. Bu məqsədlə, insanın fiziki sağlamlığını səciyyələndirən yeddi ən vacib meyar müəyyən edilmişdir.
Orqanizm üçün zərərli müəssisələrdə çalışanların tibbi müayinədən keçməsi üçün stansiyalarda tibbi briqadalar yaradılmışdır. Sağlamlığı tələb olunan göstəricilərə cavab verməyən işçilər, “Azərenerji”- nin digər sahələrində işlə təmin olunacaqlar.