“Zirə” yay hazırlığını Türkiyədə keçirəcək
Bakı, 19 iyun, AZƏRTAC
“Zirə” futbol komandasının yay təlim-məşq toplanışının planı açıqlanıb.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, ikimərhələli hazırlıq planının birinci hissəsi iyunun 21-dən iyulun 19-dək Bakıda təşkil olunacaq. Bu müddətdə dörd yoxlama oyunu nəzərdə tutulub. “Zirə” iyunun 29-da “Qəbələ”, iyulun 6-da “Sabah”, iyulun 13-də “Keşlə” komandaları ilə qarşılaşacaq. İyulun 19-da keçiriləcək oyun üçün rəqib hələ müəyyənləşməyib.
Hazırlığın ikinci mərhələsi iyulun 20-dən avqustun 4-dək Türkiyənin Bolu şəhərində təşkil olunacaq. Komanda bu mərhələdə də dörd yoxlama oyunu keçirəcək. Qarşılaşmaların iyulun 23-də, 26-da, 30-da və avqustun 3-də oynanılması nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]