ZİYA ŞIXLİNSKİNİN “DUA” FİLMİ KİNOFESTİVALA GÖNDƏRİLƏCƏKDİR
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, rejissor Ziya Şıxlinskinin “Dua” filmi oktyabrın ortalarında Qırğızıstanda keçiriləcək “Dağ mirvarisi” kinofestivalına göndəriləcəkdir. 20-dən çox ölkəni, o cümlədən Azərbaycan, Türkmənistan, Almaniya, Fransa, Kanada, İran və başqa ölkələri təmsil edən rejissorların toplaşacağı festivalın seçmə turu artıq başa çatmışdır. Azərbaycan bu festivalda yalnız bir filmlə təmsil olunacaqdır.
Rejissor Ziya Şıxlinski, ssenari müəllifi Yusif Şeyxov və operator Rafiq Quliyevin çəkdiyi qısametrajlı (15 dəqiqəlik) “Dua” filmi həlak olanların xatirəsinə həsr edilmişdir. Yaradıcı heyətin məqsədi törədilmiş cinayətin siyasi motivlərini təhlil etmək deyil. “Dua” filmi milliyyətindən və dini etiqadından asılı olmayaraq bütün ibadətxanalarda üzünü ulu Tanrıya tutaraq dünyanı bu cür dəhşətlərdən qoruması üçün dua edən insanlara ünvanlanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:35]
Elçinin "Cəhənnəm sakinləri" əsəri yeni səhnə yozumunda nümayiş etdirilib
- 16.06.2026 [15:27]
CENL-nin növbəti illik iclası yekunlaşıb
- 16.06.2026 [12:11]
“Mənim evim” film layihəsi beynəlxalq proqramda iştirak edib
- 16.06.2026 [12:06]
Bolonyada Milli Qurtuluş Gününə həsr olunmuş sərgi açılıb
- 16.06.2026 [10:50]
Milli Qurtuluş Günü Türkiyədə möhtəşəm konsert proqramı ilə qeyd olunub
- 16.06.2026 [00:50]