Maliyyə Nazirliyinin dövlət uzunmüddətli istiqrazları üzrə hərrac keçiriləcək

14.10.2021 [19:01]
Oktyabrın 19-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin dövlət uzunmüddətli istiqrazları üzrə hərrac keçiriləcək. BFB-dən AZƏRTAC-a bildirilib ki, emissiyanın həcmi 10 milyon manat, nominal dəyəri 100 manat, tədavül ...

SOCAR üçüncü rübdə neft hasilatını 10 faiz, qaz hasilatını 9 faiz artırıb

14.10.2021 [19:00]
SOCAR 2021-ci ilin üçüncü rübündə qazma və hasilat üzrə artıma nail olub. Şirkət üzrə 20 min metrdən artıq qazma işi həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 82 faiz çoxdur. SOCAR-dan AZƏRTAC-a bildirilib ki, şirkətin istismar etdiyi yataqlarda 2 milyon tona yaxın neft ...

Qarabağın bərpası və yenidən qurulması prosesində iş adamlarının iştirakına dair müzakirələr aparılıb

14.10.2021 [18:49]
Azərbaycan-Türkiyə İş Adamları Birliyinin təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) iştirakı ilə Vətən müharibəsindəki Qələbəmizə həsr olunmuş işgüzar nahar təşkil edilib ...

Deputat: Biznesin İnkişafı Fondunun fəaliyyəti sahibkarlığın maliyyələşməsinə xüsusi təkan verəcək

14.10.2021 [18:45]
Azərbaycanda Biznesin İnkişafı Fondunun yaradılması biznesin dəstəklənməsi baxımından irəliyə atılan daha bir addım hesab olunur. Bu, ölkədə həyata keçirilən iqtisadi siyasətin və xüsusən də sahibkarların daha yaxından dəstəklənməsi baxımından vacib idi. Fondun fəaliyyətinin sahibkarlığın maliyyələşməsinə xüsusi ...

Pərviz Şahbazov: “LUKoil” Azərbaycanda alternativ enerji sahəsi üzrə layihələrə maraq göstərir

14.10.2021 [18:31]
“LUKoil” Azərbaycanda təkcə neft və qaz yataqları ilə maraqlanmır, həmçinin alternativ enerji sahəsi üzrə layihələrə də maraq göstərir. AZƏRTAC xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov ...

İndiyədək ölkə ərazisində 48 min 169 ədəd yeni nəsil NKA quraşdırılıb

14.10.2021 [17:54]
Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində də işlər davam etdirilir. Xidmətdən AZƏRTAC-a verilən məlumata əsasən indiyədək ölkə ərazisində 48 min169 ədəd yeni nəsil NKA ...

M1 magistralının 16-30-cu kilometrlik hissəsində aparılan təmir işləri yekunlaşır VİDEO

14.10.2021 [17:38]
Avtomobil yollarının təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 16-cı kilometrindən ...

Əlcəzair “Sonatrach” şirkətinin SOCAR-la əlaqələrinin genişləndirilməsində maraqlıdır

14.10.2021 [17:32]
Oktyabrın 14-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Salima Abdelhak ilə görüşüb. Şirkətdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan və ...

Aktiv vergiödəyicilərinin sayı 650 mini ötüb

14.10.2021 [17:21]
Cari il oktyabrın 1-nə aktiv vergiödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 5,5 faiz artaraq 650 min 86 olub. Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata əsasən hesabat dövründə aktiv ƏDV ödəyicilərinin ...

Oktyabrın 15-nə USD/AZN rəsmi məzənnəsi

14.10.2021 [17:18]
Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 15-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən AZƏRTAC-a bildirilib ki, bankın oktyabrın 15-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən ...

Doqquz ayda işsizlikdən sığorta haqları üzrə daxilolmalarda 9,2 faiz artım olub

14.10.2021 [17:14]
Bu ilin yanvar-sentyabr aylarında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 faiz artaraq 95,9 milyon manat olub. Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, bununla proqnoza ...

AZAL hava gəmiləri parkına yeni “Boeing 787 Dreamliner” təyyarələri əlavə edə bilər

14.10.2021 [16:59]
Oktyabrın 14-də Bakı şəhərində “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti Cahangir Əsgərov ilk dəfə Bakıya işgüzar görüşlə səfər edən “Boeing Commercial Airplanes” şirkətinin Rusiya və MDB ölkələrində Satış və Marketinq üzrə vitse-prezidenti Monte Freyzerlə görüşüb. Görüşdə, həmçinin şirkətin satış üzrə direktoru ...

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 7,9 faiz artıb

14.10.2021 [16:50]
Cari ilin yanvar-sentyabr aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2 milyard 789,6 milyon manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,9 faiz artıb ...

Azərbaycanda startaplara dəstək mexanizmləri müzakirə edilib

14.10.2021 [16:27]
“EnterpriseAzerbaijan” portalı, Azərbaycan Banklar Assosiyasiyası (ABA) və Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) arasında əməkdaşlıq görüşü keçirilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzindən (İİTKM) AZƏRTAC-a bildirilib ki, görüşdə yeni kiçik sahibkarlar ...

Qeyri-neft sektorunun özəl bölməsində 749 mindən çox əmək müqaviləsi bağlanıb

14.10.2021 [15:32]
Cari ilin yanvar-sentyabr ayları ərzində sığortaedən və sığortaolunan arasında əmək münasibətlərinin şəffaflaşdırılması, əmək müqavilələrinin bağlanması və bu müqavilələrdə əməkhaqlarının real məbləğinin əks etdirilməsi məqsədilə qanunvericilikdə ...

Sahibkarlar onlayn olduqları istənilən yerdə “KOB növbə” tətbiqi ilə növbə götürə bilərlər

14.10.2021 [15:16]
Yevlax və Xaçmaz KOB evlərində göstərilən xidmətlərdən yararlanmaq istəyən sahibkarlar onlayn olduqları istənilən yerdə “KOB növbə” tətbiqi ilə növbə götürə bilərlər. Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən AZƏRTAC-a bildirilib ki, “KOB növbə” tətbiqi sahibkarların ...

® Məktəblilər arasında “AZERCELL CUP” proqramlaşdırma üzrə müsabiqənin final mərhələsi baş tutub

14.10.2021 [13:14]
Təhsil İnstitutunun istedadlı uşaqlarla iş şöbəsi və İnformatika üzrə Milli Olimpiada komandasının məğrur tərəfdaşı “Azercell Telekom” MMC-nin proqramlaşdırma üzrə elan etdiyi “AZERCELL CUP” müsabiqəsinin final mərhələsi keçirilib. ADA Universitetində 6-8-ci sinif şagirdləri arasında baş tutan müsabiqədə ...

Mərkəzi Bank: Bugünkü valyuta hərracında tələb 61,7 milyon dollar olub

14.10.2021 [13:06]
Oktyabrın 14-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib. AMB-dən AZƏRTAC-a bildirilib ki, hərracda tələb 61,7 milyon ABŞ dolları olub və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb ...

“Azəriqaz” “Açıq mikrofon” aksiyasını vətəndaşlar üçün daha əlçatan edir

14.10.2021 [13:02]
“Azəriqaz” İB vətəndaş məmnunluğunu təmin etmək istiqamətində işlərini davam etdirir. Müxtəlif layihələr həyata keçirilir, vətəndaşların problem və təklifləri individual qaydada dinlənilir, məmur əlçatanlığı maksimum təmin edilir. Bu ilin avqust ayının 4-dən start götürən və qısa müddətdə əhatə dairəsi genişlənən ...