Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünya Xəbər Agentliklərinin Bakı Konqresi işini başa çatdırıb
AZƏRTAC noyabrın 17-dən Dünya Xəbər Agentlikləri Konqresinə sədrliyə başlayıb VİDEO

Bakı, 17 noyabr, AZƏRTAC

Bakıda, Heydər Əliyev Mərkəzində “Xəbər agentlikləri üçün yeni çağırışlar” devizi ilə keçirilən və iki gün davam edən Dünya Xəbər Agentliklərinin V Konqresi noyabrın 17-də işini başa çatdırıb. Konqresin ikinci günündə bağlanış mərasimi və iki sessiya keçirilib, AZƏRTAC ilə bir sıra xarici ölkələrin informasiya agentlikləri arasında əməkdaşlığa dair sənədlər imzalanıb.

X X X

AZƏRTAC xəbər verir ki, Bakı Konqresinin bağlanış mərasimində çıxış edən Dünya Xəbər Agentlikləri Konqresi Şurasının (NACO) prezidenti, Böyük Britaniyanın Press Association agentliyinin baş icraçı direktoru Klayv MARŞAL BMT-nin baş katibi Pan Gi Munun Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçılarına müraciət ünvanladığını bildirdi.

UNESCO baş direktorunun müavini Qetaçyu ENQİDA BMT baş katibinin müraciətini oxudu.

Müraciətdə deyilir: “Dünya Xəbər Agentliklərinin V Konqresinə salamlarımı göndərməkdən məmnunluq duyuram. Ənənəvi və yeni media qanunun aliliyi, yaxşı idarəetmə və demokratiya üçün olduqca vacibdir. Birləşmiş Millətlər Təşkilatına üzv olan dövlətlər bu prinsipi keçən il sülh, inkişaf, ləyaqət və hər kəs üçün imkan kimi qəbul olunmuş 2030-cu ilədək Davamlı İnkişaf Gündəliyində təsdiq ediblər.

Söz və mətbuat azadlığı insanlar və Planet üçün yeni qlobal yol xəritəsində zəruridir. Xəbər agentlikləri vaxtında və keyfiyyətli informasiyaların yayılmasında son dərəcə əhəmiyyətli bir rola malikdir. Bu, müsbət dəyişiklik üçün həm vasitə, həm də hədəfdir.

Texnologiyada tərəqqi və biznes modelləri dünyada söz azadlığı üçün yeni imkanlar açıb. Artıq daha çox insan informasiyaya çıxış əldə edir, onu hazırlamaq və yaymaq imkanı qazanır. Həm milli sərhədlər daxilində, həm də geniş coğrafiyada xəbərlər və fikir mübadiləsi böyük potensiala malikdir. Digər tərəfdən isə səhv informasiyaların, xüsusilə nifrətin təbliği sülh və tərəqqi üçün ciddi risklər yaradır. Burada media böyük məsuliyyət daşıyır və belə hallarla tolerantlıq və anlaşmanı təşviq edərək, qorxmadan həqiqəti çatdıraraq mübarizə aparmalıdır”.

Baş katibin müraciətində bildirilir: “Beynəlxalq ictimaiyyət də azad mediaya dəstək vermək, inklüziv və açıq cəmiyyətlərə təhdid qüvvələrinə qarşı ayaqda möhkəm dayanmaq üçün məsuliyyət daşıyır. Bu təhdidlərə senzura və rəqəmsal informasiyanın bağlanmasından başlayaraq, jurnalistlərə qarşı fiziki hədə-qorxu da daxildir. Bu təhdidlər ifadə azadlığını və həqiqətən davamlı inkişaf üçün vacib olan fundamental insan haqlarını sarsıdır. Son on ildə ən azı 827 jurnalist öz vəzifə borclarını yerinə yetirərkən öldürülüb. Onların bir çoxu öz həyatlarını münaqişə zonalarında itiriblər. Jurnalistlərin təhlükəsizliyini qorumaq və onların peşəsinə hörmət etmək olduqca vacibdir. Bundan daha çox sayda ənənəvi və yeni medianı təmsil edən jurnalistlər öz vacib vəzifələrini yerinə yetirdikləri üçün təhdidlərlə üzləşib və həbs olunublar”.

Müraciətdə daha sonra deyilir: “Bu təhdidlərlə mübarizə aparmaq üçün bütün tərəflərin - ilk növbədə hökumətlərin və BMT də daxil olmaqla bütün aidiyyəti aktorların əzmkarlığı tələb olunur.

Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresinin keçirilməsinə görə təşkilatçıları, Azərbaycan Prezidentini və hökumətini alqışlayıram, Sizə uğurlar arzulayıram”.

Sonra Klayv Marşal Dünya Xəbər Agentliklərinin V Konqresinin yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə Azərbaycan Prezidentinə və hökumətinə, Heydər Əliyev Fonduna, AZƏRTAC-a və Heydər Əliyev Mərkəzinin əməkdaşlarına minnətdarlığını bildirdi. O, Dünya Xəbər Agentlikləri Konqresinə sədrliyə başlaması münasibətilə AZƏRTAC-ın baş direktoru Aslan Aslanova təbriklərini çatdırdı, bu çətin və şərəfli işdə ona uğurlar arzuladı.

Daha sonra Bakı Konqresinin Bəyannaməsini Konqres Şurasının üzvü, Almaniyanın DPA agentliyinin vitse-prezidenti Piter KROPŞ oxudu.

Bakı Konqresinin Bəyannaməsi qəbul edildi.

Bəyannamədə deyilir ki, biz, 2016-cı il noyabrın 16-17-də Heydər Əliyev Fondunun və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) birgə təşkilatçılığı ilə “Xəbər agentlikləri üçün yeni çağırışlar” devizi altında keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresində iştirak etmək üçün Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində toplaşmış 130-dan artıq aparıcı informasiya agentliyinin və regional xəbər agentlikləri alyanslarının rəhbərləri qeyd edirik ki, üzləşdiyimiz ən böyük çağırışlar bunlardır: Rəqəmsal erada söz azadlığı prinsiplərinə əsaslanan davamlı, müstəqil və qərəzsiz xəbər yayımının maliyyələşdirilməsi və müdafiəsi.

Öz vəzifə borclarını yerinə yetirərkən jurnalistlərin təhlükəsizliyinin qorunmasının vacibliyinin vurğulandığı Bəyannamədə bildirilir ki, Konqres iştirakçıları beynəlxalq, regional və milli media qurumlarının xəbərçiliyin fundamental prinsiplərinə sadiqliyinin önəmini etiraf edərək, mətbuat azadlığının KİV-lərin fəaliyyətində əsas şərt olduğunu bəyan edir.

Bəyannamədə daha sonra vurğulanır: “Bəşəri dəyərlərə ehtiramın, insan ləyaqətinin, hüququn aliliyinin, ədalət, bərabərlik, irqi, etnik və mədəni müxtəlifliyə hörmət prinsiplərinin informasiya cəmiyyətində baş verən transformasiyalar dövründə daha mühüm əhəmiyyət daşıdığını və KİV-lərin fəaliyyətində əsas şərt olduğunu qeyd edir, hamını plagiatlıqla və müəllif hüququnun pozulması ilə ciddi mübarizəyə və qəsdən yanlış, yaxud qərəzli informasiya hazırlanıb yayılmasına qarşı birgə fəaliyyətə çağırırıq”.

Sənəddə Dünya Xəbər Agentliklərinin növbəti - VI Konqresinin 2019-cu ildə Bolqarıstanın paytaxtı Sofiyada keçirilməsinin qərara alındığı bildirilir.

Daha sonra Dünya Xəbər Agentlikləri Konqresinin yeni prezidenti, AZƏRTAC-ın baş direktoru Aslan ASLANOV çıxış etdi, göstərilən etimada və dəstəyə görə minnətdarlığını bildirərək dedi:

-Əziz dostlar, biz artıq Dünya Xəbər Agentliklərinin V Konqresinə yekun vururuq. İki gün ərzində xəbər agentliklərinin bu günü və gələcəyi ilə bağlı çox aktual məsələləri müzakirə etdik, fikirlər səsləndirdik. Düşünürəm ki, məhsuldar keçən bu dünya miqyaslı toplantımızda hər birimiz üçün maraqlı məqamlar oldu, işgüzar görüşlər keçirildi, perspektivə hesablanmış danışıqlar aparıldı.

Konqresin məqsədləri də məhz agentliklərin dəyişən informasiya mühitinə adaptasiyası, biznes imkanlarının genişləndirilməsi, qarşılıqlı əməkdaşlığın gücləndirilməsidir. Zənnimcə, bu Konqres qarşımıza qoyulan vəzifələrin həllində, yeni məqsədlərin formalaşmasında, perspektivlərin müəyyənləşdirilməsində önəmli rol oynayacaq.

Azərbaycan Dünya Xəbər Agentliklərinin V Konqresinə böyük diqqət yetirir və qlobal media məkanında önəmli hadisə kimi yanaşır. Dünyanı informasiya ilə təmin edən xəbər agentliklərinin inkişafı, eyni zamanda, qlobal informasiya məkanının da dəyişməsinə səbəb olur. 2004-cü ildə Konqres Rusiyanın TASS agentliyinin təşəbbüsü ilə yaradılarkən məqsəd bütün agentlikləri bir təşkilatda toplamaq, onların yeni çağırışlara daha çevik cavab verməsini təmin etmək olub. Artıq Dünya Xəbər Agentliklərinin V Konqresi başa çatır. Bu Konqresə biz qurumun Şurası ilə birlikdə uzun müddət hazırlaşdıq və 3 dəfə Bakıda, 2 dəfə Londonda çox səmərəli görüşlər keçirdik. Deməliyəm ki, bu görüşlərimiz Konqresin fəaliyyətində önəmli dəyişikliklər etməyə çox kömək etdi. İlk dəfə olaraq biz BMT və UNESCO rəhbərliyinin diqqətini Dünya Xəbər Agentliklərinin Konqresinə yönəldə bildik. İlk dəfə Dünya Xəbər Agentlikləri Şurasının sədri və sədr müavini vəzifələri təsis edildi.

Bunların Konqresin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində başlanğıc olacağına ümid edirik. Hesab edirik ki, Konqresin Nizamnaməsini də təkmilləşdirmək zərurəti var. Nizamnaməyə Şuranın sədri və sədr müavini vəzifələrinin təsis olunmasını əlavə etmək, Konqresi üzvlük əsasında daha da nizamlı formata keçirmək, fəaliyyətini beynəlxalq hüquq çərçivəsində təşkilatlandırmaq təkliflərini irəli sürmək istərdik. İnanıram ki, Dünya Xəbər Agentlikləri Konqresi getdikcə daha da güclənəcək, dünyanın bütün agentlikləri üçün səmərəli bir quruma çevriləcək.

Fürsətdən istifadə edib V Konqresin keçirilməsində göstərdiyi böyük dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Fondun və Heydər Əliyev Mərkəzinin əməkdaşlarına, 2013-2016-cı illərdə Konqresə sədrlik etmiş Səudiyyə Press agentliyinə, Şura üzvlərinə təşəkkürümü bildirirəm, hər birinizə Bakıya gəldiyinizə görə minnətdarlığımı ifadə edirəm.

Bolqarıstanın BTA agentliyinin baş direktoru Maksim MİNÇEV möhtəşəm təşkilatçılığa görə Azərbaycana təşəkkürünü bildirdi. O, Bolqarıstanın növbəti Konqresə ev sahibliyi etməsi ilə bağlı göstərdikləri etimada görə iştirakçılara minnətdarlıq etdi.

Sonda xatirə şəkli çəkdirildi.

Bununla da Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresi işini başa çatdırdı.

Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik Səudiyyə Ərəbistanının Səudiyyə Press agentliyindən AZƏRTAC-a keçdi. AZƏRTAC 2016-2019-cu illərdə Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik edəcək.

Xatırladaq ki, Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresində 5 qitəni, 80 ölkəni və dünyanın 130-dan çox aparıcı xəbər agentliyini təmsil edən 200 qonaq medianın aktual problemlərini müzakirə edib.

Dünya Xəbər Agentliklərinin Bakı Konqresi işini başa çatdırıb AZƏRTAC noyabrın 17-dən Dünya Xəbər Agentlikləri Konqresinə sədrliyə başlayıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb YENİLƏNƏCƏK

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası

Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub

Sərdar Fərəcov: Uşaqların dünyəvi təhsili və hərtərəfli inkişafı əsas prioritet olmalıdır

BSU-da “Dil və mədəniyyət” forumu: iki ölkə arasında akademik əlaqələr diqqət mərkəzində

İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub

“Eyni səma altında: astronomiya təhsili görüşləri” - Azərbaycan, Türkiyə və Özbəkistan məktəbliləri bir arada

Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib

Güllü Eldar Tomarlı: Kəlağayı keçmişlə gələcək arasında ipək körpüdür

“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq

Şəkidə keçirilən müşavirədə YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrdən danışılıb

Azərbaycanlı akademik beynəlxalq konfransda Türk dünyasının inteqrasiyası ilə bağlı təkliflər irəli sürüb

Zülfiyyə Nuriyeva: “Kəlağayı yürüşü”nün əsas məqsədi milli irsimizi gənclərə daha yaxından tanıtmaqdır

Trampın Qrenlandiya ilə bağlı bəyanatı Danimarka ilə razılaşmanın şərtlərinə əməl olunması məsələsini gündəmə gətirib

Müdafiə Nazirliyinin Tibb İdarəsi ilə “Vərəmsiz Gələcəyə Doğru” İB arasında memorandum imzalanıb