CƏMİYYƏT


“İslamda həmrəylik” adlı maarifləndirici tədbir keçirilib

Bakı, 30 avqust, AZƏRTAC

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi və Qobustan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qobustan rayonu Təklə Mirzəbaba kənd məscidi dini icmasının “İslam həmrəyliyi sülh və birlik nümunəsidir” layihəsi çərçivəsində “İslamda həmrəylik” adlı maarifləndirici tədbir keçirilib.

Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Qobustan Rayon İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, Rayon İcra Hakimiyyəti başçısının Təklə Mirzəbaba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Müşfiq Məmmədov, dini icmanın sədri Elman Qayıbov, dini icma üzvləri, müəllimlər və gənclər iştirak ediblər.

Çıxışlarda İslam dininin humanizm, dözümlülük xüsusiyyətləri aşıladığı, habelə insanlara dostluq, qardaşlıq, sülh yolu göstərdiyi diqqətə çatdırılıb. Bildirilib ki, bu gün hər bir Azərbaycan vətəndaşının, xüsusən də gənclərin üzərinə milli-mənəvi dəyərlərimizi düzgün təbliğ etmək kimi məsuliyyətli bir vəzifə düşür.

Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.