Ulu Öndərin xatirəsinə həsr olunmuş konsert proqramı təşkil edilib VİDEO
Bakı, 10 may, Xanım Nağıyeva, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə qüdrətli dövlət xadimi, müdrik siyasətçi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən, böyük xilaskarlıq missiyasından bəhs edib. Bildirilib ki, dahi lider Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində hər bir istiqamətdə olduğu kimi, təhsil sahəsində də böyük nailiyyətlər əldə edilib. Təhsilə daim böyük önəm verən Ulu Öndərin ideyaları Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir.
Tədbir bədii hissə ilə davam edib.