Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aqrar Universitetin rektoru: 400-dən çox bal toplayaraq universitetimizi seçən tələbələrə əlavə təqaüd veriləcək VİDEO

Aqrar Universitetin rektoru: 400-dən çox bal toplayaraq universitetimizi seçən tələbələrə əlavə təqaüd veriləcək VİDEO

Gəncə, 1 avqust, Rauf Hacıyev, AZƏRTAC

Bu il kənd təsərrüfatı yönümlü ixtisasları seçən, 400 və daha çox bal toplayaraq Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) daxil olan abituriyentlərə 100 manat, 500 və daha çox bal toplayanlara isə 200 manat əlavə təqaüd veriləcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində AMEA-nın müxbir üzvü, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor İbrahim Cəfərov deyib.

Son illərdə dövlətimizin başçısı tərəfindən ölkə iqtisadiyyatının şaxələndirilməsinə, onun neft və qaz amilindən asılılığının azaldılmasına, başlıca olaraq qeyri-neft sektorunun, xüsusən kənd təsərrüfatının ənənəvi və qeyri-ənənəvi sahələrinin inkişafına göstərilən diqqət və qayğını qeyd edən İbrahim Cəfərov vurğulayıb ki, həyata keçirilmiş tədbirlər bu sahənin bilikli, bacarıqlı və yüksəkkeyfiyyətli ali təhsilli kadrlarla təmin edilməsi üçün Aqrar Universitetin qarşısına böyük vəzifələr qoyub.

Rektor deyib: “Aqrar sektorun ali təhsilli kadrlara olan ehtiyacını təmin etmək üçün bu universitetə göstərilən hərtərəfli dövlət dəstəyi Azərbaycan Dövlət Aqrar Universitetini hazırda nəinki respublikamızın, eləcə də Qafqaz regionunun, MDB və Şərqi Avropa ölkələrinin bu profil üzrə fəaliyyət göstərən ən mükəmməl elm-təhsil komplekslərindən birinə çevirib. Universitetin əsas binası, aqrar iqtisadiyyat, aqrotexnologiya fakültələri və İnnovasiya Mərkəzinin yerləşdiyi binalar tarixi tikililərdə fəaliyyət göstərdiyindən həmin binalar restavrasiya edilib. Mühəndislik, aqronomluq, baytarlıq təbabəti və zoomühəndislik fakültələrinin yerləşdiyi binalar isə əsaslı şəkildə yenidən qurulub. Həmin tədris korpuslarında kənd təsərrüfatının bütün sahələrinə aid müasir laboratoriya, tədqiqat mərkəzləri qurulub, auditoriya və sinif otaqları yaradılıb. Laboratoriyalar müasir avadanlıq və cihazlarla təchiz edilib. Tələbələrin nəzəri bilikləri ilə yanaşı, praktik bacarıqlarının da artırılması üçün universitetdə müasir heyvandarlıq və istixana kompleksi, atçılıq, quşçuluq, arıçılıq mərkəzləri, bildirçin və balıqyetişdirmə təsərrüfatları, bitki və heyvan klinikaları yaradılıb. Universitetin müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları - traktor, kombayn və digər qoşqu vasitələri ilə təchiz edilmiş müasir maşın parkı tələbələrin istifadəsinə verilib.

İbrahim Cəfərov bu il Aqrar Universitetin tələbəsi olacaq gəncləri gözləyən yeniliklərdən də danışıb. “Artıq 2018-2019-cu tədris ili üçün abituriyentlərin müvafiq universitetlərə seçimi başlayıb. Bu, gənclərin bundan sonrakı həyatlarını tamamilə dəyişəcək bir dövrdür. Ona görə də həm valideynlər, həm də gənclər ixtisas seçimində daha məsuliyyətli olmalıdırlar. Valideynlər öz övladlarını əmək bazarının tələbinə uyğun ixtisaslara istiqamətləndirməlidirlər. Gənclər də həm əmək bazarında ehtiyac olan ixtisasları seçməli, həm də ailələrinin büdcəsini nəzərə almalıdırlar. Bəzən valideynlər övladlarını elə bir ixtisaslara istiqamətləndirirlər ki, bu gün ölkədə həmin kadrlara ehtiyac yoxdur. Gənclər meqapolis həvəsi ilə Bakı şəhərindəki universitetlərdə daha yüksək ödənişli ixtisasları seçirlər. Həmin tələbələr 4 il, bəzən də 6 il ağır həyat şəraiti ilə vaxtilə səhv olaraq seçdikləri ixtisaslarda təhsil alırlar. Ən pis hal isə budur ki, həmin tələbələrin çoxu universiteti bitirdikdən sonra ya özlərinə münasib iş tapa bilmirlər, ya da çox aşağı əməkhaqqı ilə işləməyə məcbur olurlar. Bəzən bu cür tələbələrin çoxu sonda ixtisası üzrə deyil, digər bir sahədə işləmək məcburiyyətində qalır” - deyə professor İbrahim Cəfərov qeyd edib.

Aqrar Universitetin rektorunun bu il tələbə adını qazanmaq istəyən gənclərə tövsiyəsi də var: “Qoy valideynlər və abituriyentlər nəzərə alsınlar ki, bu gün respublika əhalisinin yarıya qədəri rayon və kəndlərdə yaşayır. İndi aqrar sektorun inkişafına böyük dövlət dəstəyi var. Bu sahədə fəaliyyət göstərən fermerlər və sahibkarlar öz təsərrüfatlarında işləyən ali təhsilli kadrlara 1500-2000 manat, bəzən də daha yüksək əməkhaqqı təklif edirlər. Elə bu il Aqrar Universiteti bitirən bir çox məzun da həmin təsərrüfatlarda işlə təmin edilib. Əgər abituriyentlər Aqrar Universiteti seçsələr, çox uğurlu seçim etmiş olarlar. Çünki bu ildən başlayaraq Aqrar Universitetdə bu ali təhsil müəssisəsini seçən gənclər üçün hərtərəfli şəraitlə yanaşı, geniş stimullaşdırıcı tədbirlər həyata keçiriləcək. Əgər 400-dən yuxarı bal toplayan abituriyentlər Aqrar Universitetin müvafiq ixtisasını seçsələr, onlar ilboyu universitetin büdcədənkənar vəsaiti hesabına 100 manat təqaüd alacaqlar. Həmin məbləğ 500-dən yüksək bal toplayan tələbələr üçün isə 2 dəfə daha çox, yəni 200 manat təşkil edəcək. Bununla yanaşı, tələbələr əla qiymətlərlə oxuduqları halda dövlət təqaüdü almaq şanslarını da özlərində saxlayırlar. Bu o deməkdir ki, Aqrar Universiteti seçən tələbə təhsil aldığı 4 il müddətində əgər əla qiymətlərlə oxuyarsa, ödənişdən azad olmaqla yanaşı, hər ay 200-300 manat, bəzən də daha çox təqaüd ala bilər”.

“Universitetimizi seçən tələbələrin digər bir üstünlüyü isə ondan ibarətdir ki, bu universitetdə təhsil alan və rayonlardan olan tələbələr üçün ən müasir tələblərə cavab verən 1000-dən artıq yeri olan yataqxana kompleksi fəaliyyət göstərir”, - deyən İ.Cəfərov qeyd edib ki, bu yataqxana kompleksində qalmaq çox ucuz, ayda cəmi 30 manatdır. Tələbənin yaşaması üçün hər bir şəraitin yaradıldığı həmin yataqxana kompleksi özündə 4 ulduzlu otelin bütün elementlərini birləşdirir. Belə ki, kompleks kompüterlə, sürətli internetlə, wi-fi ilə təmin edilib. Burada müasir kitabxana, oxu zalı, diş həkimi, terapevt, qadın və kişi bərbəri, 100 nəfərlik kafe, mağaza, fitnes klub, camaşırxana və sair pulsuz olaraq fəaliyyət göstərir.

Aqrar Universitetin rektoru: 400-dən çox bal toplayaraq universitetimizi seçən tələbələrə əlavə təqaüd veriləcək VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır

Göyçayda virus aşkarlanan meyvə bağlarında mübarizə tədbirləri görülüb

“Soydaşlarımız və Qarabağ” layihəsi çərçivəsində hazırlanan kitab Marneulidə ictimaiyyətə təqdim edilib

Bakıda yağış yağacaq

Şəfəq Mehrəliyeva: Azərbaycan dilinin qorunmasında media mühüm rol oynayır

Əsas kapitala investisiya qoyuluşu 11 faizədək artıb

AZAL Naxçıvan istiqamətində artan mövsümi tələbatla bağlı sərnişinlərə müraciət edib

Azərbaycanda orta aylıq əməkhaqqı 7 faiz artıb

Naxçıvanda vergi daxilolmaları 3,8 faiz artıb

Şəhid mayor Elnur Əliyevin xatirəsinə həsr edilən turnirin qalibləri müəyyənləşib

bp: Şahdəniz Kompressiya layihəsi üçün avtomatlaşdırma üzrə müqavilə imzalanıb

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 18 faizdən çox artıb

Vəli Qasımov: “Neftçi”, “Qarabağ” və “Sabah” çempionluğun əsas favoritləridir

Azərbaycanın xarici dövlət borcu azalıb

UNEC tələbəsi robototexnika üzrə dünya çempionu olub

Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraiti avqustun 14-dək davam edəcək – XƏBƏRDARLIQ

Yeddi ayda Azərbaycanda 76,8 milyard manatlıq ÜDM istehsal olunub

İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb

BDU-nun Hüquq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə

Azərbaycan Türkiyədə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ən çox müraciət edən ölkələr arasındadır

“Rəqəmsal memarlıq təsvirləri və sənədləşdirmə üsulları” mövzusunda təlimlərə yekun vurulub

NBA klubu liqanın ən qısa və ən ucaboy oyunçularını transfer edib

Şuşanın Qarabağ küçəsi: Otuz illik həsrətdən sonra doğma ocağa qayıdış

Türkiyədəki qədim Aspendos şəhərində təqribən 2400 yaşı olan güləşçinin məzarı tapılıb

Naxçıvanda 700 ev təsərrüfatında büdcə tədqiqatı aparılır

Mədəniyyət naziri Laçında vətəndaşların müraciətlərini dinləyəcək

Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb

Britaniya mediası: Təqribən 230 miqrantı daşıyan kiçik qayıq La-Manşdan keçib

Ordubaddakı “Ərbabın iş yeri” adlı binanın bərpasının gələn ilin sonunadək yekunlaşdırılması planlaşdırılır

Dövlət Proqramının prioritet istiqamətləri üzrə fermerlərin maarifləndirilməsi davam etdirilir

Balakəndə arıçıların problemlərinin həlli istiqamətində mümkün alternativlər qiymətləndirilir

Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir

İtaliya alimləri Günəş tutulması zamanı onun tacını müşahidə edəcək cihaz hazırlayıblar

Bu il məişət zorakılığından zərər çəkmiş 41 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

“Abituriyent” jurnalının 4-cü nömrəsi nəşr olunub

Rəssamlıq Akademiyasında tələbələrin yaradıcılıq işlərinin kommersiyalaşdırılması üzrə iş aparılır

ANAMA: Ötən həftə 1581 hektar ərazi mina və partlamamış digər hərbi sursatdan təmizlənib

Fərid Hüseyn: Xurşidbanu Natəvanın irsi Azərbaycan mədəniyyətində xüsusi yer tutur

La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib

Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlanıb

Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər

“Neftçi”nin hücumçusu “Araz-Naxçıvan”a keçib

Yerli icra hakimiyyəti orqanlarının nümayəndələri “e-monitorinq”dəki yeni modulun imkanları barədə məlumatlandırılıb

M.B.Əhmədzadənin Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Yeni mövsüm üçün Azərbaycan Premyer Liqasının sponsoru bəlli olub

V.İ.Sadıqovun Azərbaycan Respublikasının Belçika Krallığında, eyni zamanda Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Premyer Liqa: “Sumqayıt”-“Neftçi” matçının stadionu dəyişdirilib

F.E.İsgəndərovun Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.B.Əhmədzadənin Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

F.E.İsgəndərovun Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında, eyni zamanda Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.A.Qurbanovanın Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Ukrayna Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

BMU tələbələri Böyük Britaniyada keçirilən beynəlxalq innovasiya yarışmasında birincilik qazanıblar

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 454-VIIQD nömrəli Qanununun tətbiqi və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 iyun tarixli 729 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Subbakalavrlar üçün “Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub

Azərbaycanda dini təhsildə yeni mərhələ: ixtisaslar və elmi imkanlar genişlənir

Yüksək balla AzTU-ya qəbul olunanlar üçün xüsusi təqaüd imkanı

İqlim dəyişikliyinin sərt reallığı Avropa iqtisadiyyatına necə təsir edib?

Yeni təmayül tədris modeli üzrə müəllimlərin müsahibələri davam edir

Almaniya əhalisinin tərkibində gənclərin payı tarixi minimuma enib

Türkiyədə 132 qeyri-qanuni miqrant saxlanılıb

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 20 milyon manatdan çoxu geri qaytarılıb

Azərbaycan nümayəndə heyəti Ankarada Türk Dünyası Festivalında iştirak edib

Sığortaçılar Assosiasiyasının icraçı direktorunun adına saxta hesab yaradılıb, yanlış məlumatlar paylaşılır

Üç təşkilat FIFA və Canni İnfantinoya qarşı birgə bəyanat yayıb

Səsi ilə yaddaşlarda yaşayan sənətkar – Qəndab Quliyeva

Azərbaycanda insult və neyrovaskulyar xəstəliklərin vahid reyestri yaradılır

“Tanrının Zirehi: Ultimatum” filminin Azərbaycanda çəkilişləri davam edir

Vaşinqton razılaşması Azərbaycanın regionda yaratdığı yeni siyasi və iqtisadi reallıqları əks etdirdi - ŞƏRH

Misirdə eramızdan əvvəl IV minilliyə aid yaşayış məskəni və qəbirlər tapılıb

“Barselona” Levandovskini klubun əfsanələri siyahısına daxil edib

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Qəbələdə 10 ildə 1,5 milyondan çox müraciət “ASAN”laşdırılıb

Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq

Azərbaycanın çimərlik voleybolçuları beynəlxalq turnirə qatılacaqlar

Balakəndə baş verən zəncirvari qəzada 3 nəfər ölüb, 2 nəfər yaralanıb VİDEO

Balakəndə baş verən zəncirvari qəzada 3 nəfər ölüb, 2 nəfər yaralanıb VİDEO

Azərbaycan və İndoneziya birgə iqtisadi forum keçirə bilər

Dövlət qurumlarının informasiya resurslarında aşkarlanan təhlükəsizlik boşluqları 50 faizədək azalıb

Ankarada III Beynəlxalq Türk dünyası festivalı təşkil olunub

Yeddi ayda istehlakçılara büdcədən 122 milyon manatdan çox ƏDV geri qaytarılıb

Səkkiz avqust razılaşmalarının ildönümündə liderlərin müzakirəsi: Azərbaycan-ABŞ əməkdaşlığında yeni faza - TƏHLİL

Azərbaycan Rəssamlıq Akademiyası tələbələrin beynəlxalq sənət platformalarına çıxışını genişləndirir

Benksinin üç əsəri Britaniya vergi ödəyicilərinə təxminən 150 min funta başa gəlib

BMT Konvensiyasının 20 illiyinə həsr olunmuş maarifləndirici broşür hazırlanıb

Su Ehtiyatları Agentliyinin süni intellektəsaslı rəqəmsal siması Aysu təqdim olunub VİDEO

Su Ehtiyatları Agentliyinin süni intellektəsaslı rəqəmsal siması Aysu təqdim olunub VİDEO

Bu saata olan əsas xəbərlər

Nijnekamsk şəhərində ölənlərin sayı 12 nəfərə çatıb – YENİLƏNİB

Ergün Kırlıkovalı: Taleb Vardanyan məsələsində “kor nöqtələr”in qurbanına çevrilib MÜSAHİBƏ

Faktiki hava: Bəzi rayonlara leysan yağır

İlin əvvəlindən dövlət qurumlarına qarşı 518 kiberhücum indikatoru müəyyən edilib

Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 15 faizədək artıb

Mbappe “Real Madrid”ə gələn həftə qoşulacaq

Yeddi ayda Azərbaycanda dövlət qurumlarına 28 yeni domen verilib

® “AccessBank” kiçik bizneslərin maliyyələşdirilməsinin genişləndirilməsi məqsədilə FMO-dan 75 milyon dollar məbləğində kredit xətti cəlb edib

Çində təhsil alacaq BDU məzunu: Bu təqaüd mənim üçün sadəcə təhsil imkanı deyil

Dünya ictimaiyyəti avqustun 10-da üç beynəlxalq günü qeyd edir

Qivami Rəhimli: Azərbaycanın mədəni irsini dünyaya tanıdan uğurlu əməkdaşlıq

Lisenziyasız kosmetoloji fəaliyyət göstərən şəxs barəsində qanuni tədbirlər görülüb

Altı ayda 1,2 milyondan çox vətəndaş “mygov” vasitəsilə ailə üzvlərini axtarıb