İDMAN
Bakıda cüdo üzrə dünya çempionatı davam edir VİDEO

Bakı, 21 sentyabr, AZƏRTAC
Bakıdakı Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatı keçirilir. Sentyabrın 27-dək davam edəcək çempionatda 125 ölkədən 800-dək idmançı mübarizə aparır.
AZƏRTAC xəbər verir ki, çempionatın ikinci günündə - sentyabrın 21-də 66 kiloqram çəki dərəcəsində kişilər, 52 kiloqram çəki dərəcəsində isə qadınlar tatami üzərinə çıxırlar.
Ölkəmizi Nicat Şıxəlizadə və Buyankişiq Purevsuren təmsil edirlər. N.Şıxəlizadə ilk görüşündə Mohamed Abdelmavqud (Misir)-Brayn Çiminya (Zimbabve) cütünün qalibi ilə, B.Purevsuren isə Böyük Britaniya təmsilçisi Çelsi Giles ilə qarşılaşacaq.