12 MİN ƏDƏDDƏN ARTIQ DƏRİNLİK NASOSU İSTEHSAL EDİLMİŞDİR
“Azneftkimyamaş” ASC-nin Suraxanı neft maşınqayırma zavodu 2003-cü ildə neft quyularının istismarı üçün ən zəruri avadanlıq sayılan12 min ədəddən artıq dərinlik nasosu, müxtəlif çeşiddə ehtiyat hissələr buraxmışdır.
Cəmiyyətdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, il ərzində müəssisənin istehsal etdiyi məhsulların ümumi dəyəri 16 milyard 429,7 milyon manat olmuşdur ki, bu da 2002-ci ildəkinə nisbətən 350,7 milyon manat çoxdur.
ARDNŞ-ə və MDB ölkələrinə 18 milyard 166,3 milyon manatlıq, yəni 2002-ci ilə nisbətən 10 milyard 791,6 milyon manatlıq artıq məhsul satılmışdır.