Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kiyevdə Azərbaycanı tanıdan heykəllərimiz - REPORTAJ VİDEO

Kiyev, 9 sentyabr, AZƏRTAC

Bir xalqın kimliyini, mənliyini, onun şanlı tarixini görkəmli şəxsiyyətləri tanıdır. Azərbaycan xalqı da bu cəhətdən öyünə bilər, çünki dünyaya xalqını, ölkəsini tanıdacaq kifayət qədər şəxsiyyətləri var. Bu gün artıq Kiyevin ən sadə vətəndaşı belə Heydər Əliyev, Müslüm Maqomayev, Nəsimi və Səməd Vurğunun kim olduğunu, hansı xalqa mənsubluğunu çox gözəl bilir. Hazırda Kiyevin mərkəzi hissələrində onların heykəlləri ucaldılıb və adlarını daşıyan parklar mövcuddur. Bununla da Azərbaycan dünyanın çox yerlərindən olduğu kimi, Ukrayna paytaxtında da öz siyasi, mədəni və ədəbi tarixini yaşada və təbliğ edə bilir.

AZƏRTAC Kiyevdə Azərbaycanın siması hesab edilən heykəl və parklarla bağlı hazırlanmış reportajı təqdim edir.

Ümummilli Lider Heydər Əliyev adına Park

Kiyevdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə onun adını daşıyan parkın açılışı 2013-cü ildə olub. Müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin tarixi xidmətlərin, Azərbaycan-Ukrayna münasibətlərinin yüksək səviyyədə qurulmasında rolu Ümummilli Liderimizi kiyevlilərə də sevdirib. Yarım hektarlıq ərazidə salınmış park Azərbaycan tarixini əks etdirən müxtəlif kompozisiyalarla bəzədilib. Burada Azərbaycan dövlətinin dirçəlişinin rəmzi kimi ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılıb. Parkın arxa hissəsi İçərişəhərin qala divarlarını xatırladır, ən maraqlı kompozisiyalardan biri isə XVI əsr Azərbaycan xalçaçılıq sənətinin şah əsəri sayılan “Şeyx Səfi” xalçasının nadir surətidir. Park Azərbaycan xəritəsinin əks olunduğu landşaft kompozisiyası ilə tamamlanır. Bu kompozisiya həm də Azərbaycanın rəngarəng, zəngin bitki örtüyünün təcəssümüdür.

Parkda istirahət edən 23 yaşlı Alyena AZƏRTAC-a müsahibəsində parkın harmoniyasından xoşu gəldiyini bildirib. “Şəhərin mərkəzində bu cür park Kiyevə xüsusi gözəllik verir, ağacları, yaşıllığı çoxdur. Parkda xalça kompozisiyası ziyarətçilərin zövqünü çox oxşayır”, - deyə Alyena bildirib.

Dostluq rəmzi olan “Azərbaycan-Ukrayna Dostluq Parkı”

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili”nin elan edilməsi çərçivəsində ölkəmizin Ukraynadakı səfirliyinin təşəbbüsü ilə parkda Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir-şair İmadəddin Nəsiminin heykəli ucaldılıb. Bu heykəl şanlı tariximizin bariz nümunəsini bir daha nümayiş etdirir. İmadəddin Nəsiminin heykəlinin ucaldılması Azərbaycanı dünyada daha da tanıtdırır. Artıq parkı şəhər sakinlərinin və qonaqların sevimli məkanına çevrilib.

Parkda xanımı ilə istirahət edən Yuriylə söhbət zamanı onun parka istirahət üçün tez-tez gəldiyi məlum olub. “Mən həyat yoldaşımla bu parka istirahət üçün intensiv gəlirik. Burada insanların istirahəti üçün əlverişli şərait yaradılıb”.

Dünya şöhrətli Müslüm Maqomayev

Azərbaycan Prezidenti İlham Əliyevin dünya şöhrətli müğənni və bəstəkar, SSRİ və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin 75 illik yubileyinin keçirilməsi haqqında Sərəncamından irəli gələrək 2018-ci ildə parkın və heykəlin rəsmi açılışı olub. Ukraynadakı səfirliyimizin təşəbbüsü ilə salınan parkda Azərbaycanın milli ornamentləri əksini tapıb. Müslüm Maqomayev keçmiş SSRİ ölkələrində daha çox sevildiyi üçün bu park paytaxt sakinləri üçün böyük hədiyyə olub. Artıq park kiyevlilər və şəhərin qonaqları üçün gözəl istirahət məskəninə çevrilib.

Kiyevdə tibb təhsili alan tələbə Sergey istirahət parkının əlverişli məkanda yerləşdiyini vurğulayıb. Müslüm Maqomayevin musiqilərini dinlədiyini deyən tələbə heykəlin əzəmətli olduğunu qeyd edib.

“El bilir ki sən mənimsən”

Fransız şair və nasiri Lui Аraqon Səməd Vurğun haqqında bunları söyləmişdi: “Səməd Vurğun müasir Sovet və dünya ədəbiyyatının fəxridir. Azərbaycan xalqı içindən çıxan, coşqun ilhamlı şair, fövqəladə ahəngdarlığa malik Səməd Vurğun, həqiqətən də Nizami, Vaqif və digər qüdrətli söz ustalarının davamçısı idi”. Bu gün Kiyevdə Azərbaycanın ilk Xalq şairi Səməd Vurğunun heykəli və onun adını daşıyan kitabxana artıq paytaxtın brendinə çevrilib. Kitabxanada Azərbaycanın tanınmış şair və yazıçıların rus, Ukrayna dilinə tərcümə olunmuş onlarla kitab mövcuddur. Bura həm də tədbirlərin keçirildiyi məkan kimi də tanınır.

Qeyd edək ki, reportajda sadaladığımız parklarda ucaldılan heykəllərin müəllifi isə Ukraynanın Xalq rəssamı, tanınmış heykəltəraş həmyerlimiz Seyfəddin Qurbanovdur.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Kiyevdə Azərbaycanı tanıdan heykəllərimiz - REPORTAJ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı 2 dəfəyədək artıb

"Azəristiliktəchizat" ASC vətəndaşlara müraciət edib

Bu gün bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr olacaq

Tailandda məktəbdə baş verən atışma nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

Yekaterinburqa dron hücumu olub

Buenos-Ayresdə etiraz aksiyası toqquşma ilə nəticələnib

Paytaxtın bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

Rumıniya hökuməti elektrik enerjisi istehlakını məhdudlaşdırmaq qərarına gəlib

Avropada istidən 25 mindən çox insan ölüb

Britaniya hökuməti “Paramount” ilə “Warner Bros. Discovery”nin birləşməsinə razılıq verib

Bütün ermənilərin katolikosu bu gün hakim qarşısına çıxacaq

ABŞ Kiber Komandanlığı şəxsi heyəti arasında intihar hadisələrini araşdırır

ÜST legioner xəstəliyinin yayılmasının səbəbini açıqlayıb

Amerikalı astronavtlar quraşdırma işlərindən sonra Beynəlxalq Kosmik Stansiyaya qayıdıblar

Husi silahlıları Səudiyyə Ərəbistanında mülki şəxslərə hücum ediblər

Almaniyanın Aİ ÜDM-dəki payı son 15 ilin ən aşağı səviyyəsinə düşüb

"Real Madrid" Vinisius Junior ilə müqaviləni uzadıb

Cəlilabadda avtomobil 50 metrlik hündürlükdən aşıb, 4 nəfər xəsarət alıb

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

ABŞ Prezidenti: Tezliklə müharibə bitəcək

Media: İran ordusu Hörmüzdə əməliyyat keçirib

İmişlidə traktorun altında qalan uşaq ölüb

Dəməşqdə mikroavtobus partladılıb, 2 nəfər həlak olub

Tramp müdafiə nazirindən razılıq edib

Konfrans Liqası: "Qarabağ" "Dinamo"ya uduzub

Almaniya Baş Prokurorluğu hava limanındakı insidentlə bağlı istintaq aparır

Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib

Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb

Ərəb Dövlətləri Liqasının Bakıda ofisinin açılması perspektivləri müzakirə edilib

Konfrans Liqası: “Dinamo”-“Qarabağ” oyununda ikinci hissə başlayıb - YENİLƏNİB 2

Azərbaycan Xəzər dənizinin ekosisteminin qorunmasına həsr olunan beynəlxalq tədbirdə təmsil olunur

İngiltərə Futbol Assosiasiyası Canni İnfantinoya dəstəyini rəsmi şəkildə geri götürüb

İngiltərənin şimalında elektrik nasazlığı dəmir yolu nəqliyyatını iflic edib

Ceyhun Bayramov Ukrayna Prezidentini Cənubi Qafqazda münaqişədənsonrakı reallıqlar barədə məlumatlandırıb

Pirşağıda faciə: 16 yaşlı yeniyetmə dənizdə batıb

Maliyyə Nazirliyinin əməkdaşlarına dövlət təltifləri təqdim edilib

Misirdə illik inflyasiya iyul ayında 15,6 faizə yüksəlib

Bu saata olan əsas xəbərlər

Konfrans Liqası: “Dinamo” və “Qarabağ”ın start heyətləri açıqlanıb

Azərbaycan boks millisi Avropa çempionatına Türkmənistanla birlikdə hazırlaşır

Cevdet Yılmaz: Məqsədimiz Türkiyəni müdafiə sənayesi məhsullarının ixracına görə ilk onluğa çıxarmaqdır

Paytaxtda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Peşə təhsili sayəsində iki moda evinə rəhbərlik edən modelyer-dərzi: Maliyyə işlərimi özüm həyata keçirirəm

“Google”un məlumat emalı mərkəzi Hindistanda etirazlara və məhkəmə iddialarına səbəb olub

DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək

Mustafa Çəmənli: Natəvan Azərbaycan ədəbi mühitinin inkişafına mühüm töhfələr verib

“Real Madrid” 125 milyon avroluq transferini açıqlayıb

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Birləşmiş Ştatların sutkalıq neft hasilatı 13,8 milyon bareli ötüb

Asim Xudiyev Avropa Liqasının oyununa təyinat alıb

Mingəçevirdə suvarma kanalında batan şəxsin meyiti sudan çıxarılıb

MÜTDA: Həvəsləndirmə tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

Himayədar ailə mexanizminin tətbiq səviyyəsinin artırılması ilə bağlı araşdırmaya start verilir

Yay allergiyaları: Risklər və onlardan qorunmaq yolları

Könül İbrahimsoy: Natəvanın ən böyük irsi xalqa xidmət nümunəsidir

Çin ABŞ-nin sanksiyalarına cavab olaraq dron ixracına məhdudiyyətlər tətbiq edib

ABŞ-nin neft ehtiyatları artıb

Klub rəhbərləri və maliyyə menecerləri ilə görüş olub

Quraqlıq Avropada atom elektrik stansiyalarının fəaliyyətini çətinləşdirir

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Tədqiqat: Depressiya yaddaşa cavabdeh olan beyin nahiyəsinin kiçilməsinə səbəb olur

Romada İsrail ilə Livan arasında danışıqların son mərhələsi başlayıb

Azərbaycanda keçirilməsi planlaşdırılan beynəlxalq şahmat yarışları müzakirə olunub

Slovakiyanın Baş nazirinə hücum edən şəxs 21 il müddətinə azadlıqdan məhrum olunub

Siyasi şərhçi: Münaqişələr gec-tez başa çatsa da, bu, Orta Dəhlizin strateji əhəmiyyətini azaltmayacaq

2026/2027-ci tədris ilində Azərbaycan Rəssamlıq Akademiyasında seçmə fənlər bloku yenilənəcək

Deputat: Uşaqların rəqəmsal təhlükəsizliyinin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir

Çinin robot istehsalçısı 904 milyon dollar vəsait cəlb edəcək

Uşaqlar üçün kibergigiyena təhsili ümumtəhsil proqramlarına daxil edilməlidir – Ekspert rəyi

Bitkilərin quraqlıqdan müdafiə sistemləri müasir laboratoriya üsulları ilə öyrənilir

Mərkəzi Bank Nyu-York Federal Ehtiyat Bankı ilə aktual çağırışları müzakirə edib

Azərbaycan Qırğızıstan və digər region dövlətləri üçün yeni imkanlar yaradır – ŞƏRH

Nazgul Joldoşova: Azərbaycan Qırğızıstan üçün yeni nəqliyyat-logistika imkanları yaradır

Google süni intellekt bölməsində rəhbərliyi dəyişir

Azərbaycan Rəssamlıq Akademiyası süni intellekti yaradıcı prosesə dəstək vasitəsi kimi tətbiq edir

Baş katib: Güləş üzrə dünya çempionatı təşkilatçılıq baxımından Azərbaycanın növbəti uğur hekayəsi oldu

Rəqəmsal inkişaf və nəqliyyat naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib

Türk ekspert: İssık-Kulda “Baku Resort & Spa”nın açılması Türk dünyasının ortaq turizm məkanının formalaşmasına xidmət edəcək

Azərbaycan Qlobal Cənub ölkələrinin marağını cəlb edir - ŞƏRH

Moses Vetangula: Keniya ilə Azərbaycanın qanunverici orqanları arasında əməkdaşlığın inkişafı üçün əlverişli zəmin formalaşıb

“Trabzonspor” Məhəmməd Salahla 2 illik müqavilə imzalayıb

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları artıb

AQTA: Müasir heyvan kəsimi məntəqələrinin inkişafı qida təhlükəsizliyini gücləndirir VİDEO

AQTA: Müasir heyvan kəsimi məntəqələrinin inkişafı qida təhlükəsizliyini gücləndirir VİDEO

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslər üçün icbari təlimə qeydiyyat başlayıb

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsində 996 namizəd iştirak edəcək

Türkiyədə meşə yanğınları zamanı 58 evə ziyan dəyib

Tramp: Vensin 2028-ci ildə Prezident seçilməsinə nail olmalıyıq

İyulda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 51 mindən çox müraciət daxil olub

"Kürü keçək?! 5" yarışına rekord sayda üzgüçü qatılacaq

Türkiyənin media nümayəndələri Ağdam Sənaye Parkında istehsal prosesi ilə tanış olublar

Hakan Fidan: Suriya problemlərin həllinə töhfə verən aktora çevrilir

BMU məzunu “Chevening” təqaüd proqramının qalibi olub

Cavid Vəliyev: Azərbaycan ilə Türkiyə arasında media və ekspert müstəvisində mütəmadi məlumatlandırma aparılmalıdır

Laçın - Azərbaycanın yenidən doğulan qürur abidəsi ŞƏRH

İlin altı ayı ərzində Türkiyədən Azərbaycana təqribən 310 min dollarlıq günəş eynəkləri ixrac olunub

Serbiyalı futbolçu “Turan Tovuz”a keçib

Macarıstan süni intellekt hazırlığı üzrə qlobal liderlər arasında yer alır

Bərdədə açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Bərdədə açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Azərbaycan arxeologiyası rəqəmsal transformasiya mərhələsinə qədəm qoyur