Xaçmazda “Tramadol” həbləri satan şəxs saxlanılıb VİDEO
Xaçmaz, 26 mart, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Rayon Polis Şöbəsinin(RPŞ) əməkdaşları rayon ərazisində güclü təsiredici maddələrin satışı ilə məşğul olan şəxsi saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, RPŞ-nin Cinayət Axtarış Bölməsinin və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakini, əvvəllər məhkum olunmuş 33 yaşlı Zaur Mustafayev şübhəli şəxs qismində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman ondan satış məqsədi üçün saxladığı 58 ədəd “Tramadol” həbləri aşkar edilib.
Dindirilmə zamanı Z.Mustafayev həmin həblərin ona məxsus olduğunu və satmaq üçün qanunsuz olaraq üzərində gəzdirdiyini etiraf edib.
Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.