SİYASƏT


Müdafiə Nazirliyi: Aprel döyüşlərinin qəhrəmanı düşmən texnikasını məhv etməkdə davam edir

Müdafiə Nazirliyi: Aprel döyüşlərinin qəhrəmanı düşmən texnikasını məhv etməkdə davam edir

Bakı, 5 oktyabr, AZƏRTAC

2016-cı ilin Aprel döyüşlərində 6 tank məhv edərək “Azərbaycan Bayrağı” ordeninə layiq görülmüş gizir Tahir Misirxanov düşmən texnikasını bu gün də məhv etməkdə davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatında igidliklə vuruşan gizir T.Misirxanov şəxsi rəşadət göstərərək bugünədək düşmənin daha 11 zirehli texnikasını sıradan çıxarıb.

Azərbaycan Ordusunun qələbələrində payı olan, ümumilikdə 17 düşmən texnikasını məhv edən igid döyüşçümüz bundan qürur duyduğunu və ölkəmizin ərazi bütövlüyünün təmin olunması naminə sonadək döyüşəcəyini fəxrlə deyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.