Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünya bazarına yüksək keyfiyyətli gül yağı çıxarılır – Zaqataladan reportaj VİDEO

Zaqatala, 17 may, Mustafa Dadaşov, AZƏRTAC

Ənənəvi və ixrac potensialı yüksək sahələrdən olan gülçülüyün inkişaf etdirilməsi Zaqatala rayonunun iqtisadiyyatı üçün prioritet istiqamətlərdən biridir. Azərbaycan Prezidenti İlham Əliyevin regionların mövcud iqtisadi potensialından daha səmərəli istifadə olunması və ənənəvi sahələrin inkişafı ilə bağlı verdiyi tapşırıq və göstərişlərə uyğun olaraq, Zaqatala rayonunda digər sahələrlə yanaşı, gülçülüyün inkişaf etdirilməsi istiqamətində də zəruri işlər görülür. 2018-ci ildə rayonda “AzRose” MMC-nin qızılgül yağı istehsalı müəssisəsinin fəaliyyətə başlaması “Qızılgüllər diyarı” kimi tanınan Zaqatalada gülçülüyün əvvəlki şöhrətinin bərpa edilməsinə öz töhfəsini verməkdədir.

Hazırda “AzRose” MMC-nin rayonun Aşağı Tala kəndinin ərazisində 145 hektar “Dəməşq qızılgülü”, 36 hektar lavanda gülü və 2 hektara yaxın nanə plantasiyaları var. Mayın əvvəlində qızılgül plantasiyasında gül ləçəyi yığımına start verilib. Lavanda gülünün yığımına isə iyunun əvvəlində başlanılacaq.

AZƏRTAC-ın bölgə müxbiri qızılgül yağı istehsalı müəssisəsində olub, gül ləçəyi yığımın gedişi və emal prosesi ilə maraqlanıb.

Mövsümün əvvəlindən indiyədək qızılgül plantasiyasından 285 ton gül ləçəyi toplanıb

Müəssisənin direktoru Bəxtiyar Heraçiyev bildirib ki, bu il havalar əlverişli keçdiyindən gül plantasiyalarında bol məhsul yetişib. Yaz yığımı mövsümünün əvvəlindən indiyədək qızılgül plantasiyasından 285 ton gül ləçəyi toplanıb və hazırda yığım davam edir. Tədarük edilən gül ləçəyindən 80 litr filtrlənməmiş gül yağı istehsal olunub.

Bəxtiyar Heraçiyevin sözlərinə görə, ərazidə gül plantasiyalarının salınmasına 2016-cı ildən başlanılıb və 2019-cu ilədək davam edib. 2020-ci ildə qızılgül plantasiyasından 438 ton gül ləçəyi toplanıb və ondan 121 kiloqram qızılgül yağı istehsal olunub. Eyni zamanda, ötən il plantasiyalardan 70 tonadək lavanda ləçəyi yığılıb və 1 ton lavanda yağı istehsal olunaraq satışa çıxarılıb. Bundan əlavə, ötən il nanə plantasiyasından 6 ton məhsul toplanıb və 30 kiloqram nanə yağı istehsal olunub.

Qızılgül və lavanda yağları ABŞ, Bolqarıstan və Litvaya ixrac edilir

Müəssisə fəaliyyətə başlandığı gündən indiyədək ABŞ şirkətlərinə 2 dəfə satış həyata keçirilib. Tezliklə bu ölkəyə 3-cü satış da reallaşdırılacaq.

Bu barədə danışan “AzRose” MMC-nin maliyyə meneceri İlhamə Mehdiyeva isə bildirib ki, ümumiyyətlə, ötən il ABŞ şirkətlərinə 960 kiloqram lavanda yağı satılıb. Bu il satış həcminin 1 tona çatdırılması nəzərdə tutulur. Qızılgül yağı isə əsasən, Bolqarıstana satılır. Ötən ilin əvvəllərində bu ölkənin şirkətlərinə 75 kiloqram qızılgül yağı satılıb. Bundan əlavə, 2020-ci ildə Litvaya da kiçik həcmlərlə qızılgül yağı göndərilib. Hazırda məhsul satışı ilə əlaqədar Almaniya, həmçinin ABŞ şirkətləri ilə danışıqlar aparılır.

Qızılgül plantasiyasından 500-550 tonadək gül ləçəyinin toplanılması proqnozlaşdırılır

Emal müəssisəsinin aqronomu, efir yağlı bitkilər üzrə mütəxəssis Abdulla Qurbanov uzun müddətdir gülçülük sahəsində çalışır. Müəssisənin aqronomu mövsümün çox uğurlu olacağını vurğulayaraq deyib: “Builki mövsümdə qızılgül plantasiyasından 500-550 ton gül ləçəyi toplamağı və ondan 150 litr qızılgül yağı istehsal etməyi qarşıya məqsəd qoymuşuq. İnanırıq ki, buna nail olacağıq. Çünki, sahələrdə gül boldur. İşimizi pandemiya dövrünün tələblərinə uyğun qurmuşuq. Hazırda plantasiyalarda 2 minədək mövsümi işçi çalışır. Onlar rayonun müxtəlif kəndlərindən gəlir, gündəlik yığdıqları məhsula uyğun əməkhaqqı alırlar. Hər bir işçi gün ərzində 20-25 kiloqram gül ləçəyi toplayır. Ötən gün plantasiyalardan rekord miqdarda - 45 ton gül ləçəyi toplanılıb”.

Müəssisənin əməkdaşı Sevinc Davudova məhsulun keyfiyyətinə məsul şəxsdir. O, sahələrdən toplanan xammalın vaxtında istehsalat bölməsinə çatdırılmasına nəzarət edir. Mütəxəssisin sözlərinə görə, mövcud 145 hektar qızılgül plantasiyasının 120 hektarı tam məhsuldardır. Yığıma başlamazdan əvvəl işçilər, briqadirlər və sahə nəzarətçiləri təhlükəsizlik tədbirləri barədə təlimatlandırılırlar.

İşçilər müəssisədə yaradılan şəraitdən razılıq edirlər

Burada çalışan Aytac Budtayeva əslən Balakən rayonundandır. Bu mövsüm ilk dəfədir gül toplamaqla məşğul olur. İşindən, yaradılan şəraitdən, əməkhaqlarının vaxtı-vaxtında verilməsindən razılıq edir.

Qeyd edək ki, 2017-ci ilin avqustunda dövlətimizin başçısı İlham Əliyevin iştirakı ilə açılışı olan “AzRose” MMC-nin qızılgül yağı istehsalı müəssisəsinin ümumi ərazisi 3 hektardır. Burada istehsalat bölməsi, anbar, ofis və digər infrastruktur obyektləri tikilib. Ərazidə suvarma üçün su tutumu 5 min kubmetr olan süni göl yaradılıb, damcı suvarma sistemi qurulub.

Dünya bazarına yüksək keyfiyyətli gül yağı çıxarılır –  Zaqataladan reportaj VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib