“Bankda hesabın açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün ərizə” ilə bağlı videotəlimat hazırlanıb VİDEO
Bakı, 2 iyun, AZƏRTAC
Dövlət Vergi Xidməti maarifləndirmə işinin təkmilləşdirilməsi və elektron xidmətlərin təşviqi istiqamətində tədbirləri davam etdirir.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata əsasən, bu məqsədlə vergi orqanları tərəfindən təqdim edilən xidmətlər barədə məlumatlandırma üçün “Bankda hesabın açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün ərizə”nin onlayn tərtib olunması və göndərilməsi qaydası adlı videotəlimat hazırlanıb.
Elektron təlimatda bankda hesabın açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün ərizənin onlayn tərtib olunması və göndərilməsi prosesi izah olunur.