Oğuz rayonunda üç tondan artıq çətənə kolu yandırılıb VİDEO
Bakı, 18 iyun, AZƏRTAC
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Bayan kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, ümumi çəkisi 3 tondan artıq olan 2900 çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Faktla bağlı araşdırma aparılır.