Azərbaycan Dövlət İnformasiya Agentliyi

2003-CÜ İLDƏ DÖVLƏT NEFT FONDUNUN MƏDAXİL HİSSƏSİ 1,182 TRİLYON MANAT OLACAQDIR

Noyabrın 16-da “Həyat-Park” mehmanxanasında Dövlət Neft Fondu Müşahidə Şurasının 2-ci iclası keçirilmişdir. Baş nazir Artur Rasizadənin, Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadənin, ARDNŞ-in birinci vitse-prezidenti İlham Əliyevin iştirak etdikləri iclasın gündəliyinə Neft Fondunun 2003-cü il büdcəsinin, Fondun sərmayə portfelindəki valyuta vəsaitinin müzakirəsi, habelə Fondun icraçı direktorunun Fondun valyuta ehtiyatlarının idarə olunması haqqında hesabatı daxil idi.

Dövlət Neft Fondunun icraçı direktoru Samir Şərifov iclasdan sonra jurnalistlərə bildirdi ki, onun Müşahidə Şurasının müzakirəsinə təklif etdiyi Fondun 2003-cü il büdcəsinin layihəsi qəbul olunmuşdur və ölkə Prezidentinin təsdiqinə göndəriləcəkdir. Büdcənin mədaxil hissəsi 1 trilyon 182 milyard manat, məxaric hissəsi isə 1 trilyon 141 milyard manat məbləğində proqnozlaşdırılır. Daxilolmaların ən çox hissəsi mənfəət neftinin satışından əldə olunacaq və bu, 735 milyard manat, yəni büdcənin mədaxil hissəsinin 62 faizini təşkil edəcəkdir. Fondun büdcəsinin proqnozları hazırlanarkən bəzi əlavələrlə neftin Dövlət büdcəsində nəzərdə tutulan qiyməti əsas götürülmüşdür. Əgər Dövlət büdcəsində neftin bir barrelinin qiyməti 19,5 dollar göstərilmişdirsə, Neft Fondu bunu 21 dolları səviyyəsində götürür, çünki Fondun gəlirləri, əsasən, daha keyfiyyətli olan “Azəri light” neftinin satışından əldə olunur.

Ölkə Prezidentinin qərarına uyğun olaraq, qaçqınların və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına Neft Fondundan 359 milyard manat ayrılmışdır. Bu vəsaitdən istifadə edilməsinə 2001-ci ildən başlanmışdır və qalan 136 milyard manat 2003-cü ildə xərclənəcəkdir. Bundan əlavə, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin layihəsində ARDNŞ-in iştirak payının maliyyələşdirilməsi haqqında Prezidentin 2002-ci il 30 iyul tarixli Fərmanına uyğun olaraq, Milli Bankdan Neft Fondunun hesabına 118 milyon dollar məbləğində bonus vəsaitinin köçürülməsi nəzərdə tutulur. Bunun 60 milyon dolları 2002-ci, 58 milyon dolları isə gələn il köçürüləcəkdir. Həmin maddə üzrə Neft Fonduna daxilolmaların məbləği 58 milyon dollar təşkil edəcəkdir. Fondun öz vəsaiti hesabına ARDNŞ-in iştirak payının maliyyələşdirilməsinin məbləği 2003-cü ildə 42 milyon dollar olacaqdır.

Samir Şərifov həmçinin bildirdi ki, Müşahidə Şurasının üzvləri bundan sonra Fondun valyuta ehtiyatlarını həm dollar (65 faiz), həm avro (30 faiz), həm də funt sterlinq (5 faiz) qismində saxlamağı qərara aldılar.

X X X

Müşahidə Şurasının iclasında iştirak edən Azərbaycan Dövlət Neft Şirkətinin birinci-vitse prezidenti İLHAM ƏLİYEV jurnalistlərin suallarına cavab verdi.

SUAL: Rusiyanın “LUKoyl” şirkətinin Azərbaycanda neft layihələrində iştirakından imtina etməsi barədə yayılan informasiyalara münasibətinizi bilmək olarmı?

CAVAB: Mənə elə gəlir ki, hələlik hansısa bir məlumat vermək düzgün olmazdı. Çünki hər bir şirkətin öz planları ola bilər. Bu baxımdan hər bir şirkət sərbəstdir. Ancaq hələlik hansısa yeni fikir deyə bilmərəm. “LUKoyl” layihələrdə qalır. Amma gələcəkdə nə olacaq, onu demək mümkün deyildir.

SUAL: İlham müəllim, “LUKoyl”un yeni müqavilələr imzalamaq istəməsi ilə bağlı yenilik varmı?

CAVAB: Əslində, yeni müqavilələr deyildir. Onlar köhnə müqavilələrə hansısa düzəlişlər eləmək istəyirlər. Biz isə buna getmirik. Çünki müqavilələr imzalanıbsa, demək, qüvvəyə minibdir. Ona görə mövcud müqavilələrdə hər hansı bir dəyişklik olunmasını biz qəbul etmirik. Biz bu barədə öz mövqeyimizi “LUKoyl”a çatdırdıq.

SUAL: Bakida noyabrın 19-20-də Xəzərin statusu ilə bağlı iclas gözlənilirdi. İranın mövqeyinə görə, deyəsən, bu iclas təxirə salınıbdır. Bu barədə nə deyə bilərsiniz?

CAVAB: Bu barədə bir şey deyə bilmərəm. Bilirsiniz ki, Dövlət Neft Şirkəti bu məsələdə öz mövqeyində qalır. Biz istəyirik, danışıqlar getsin, bu məsələ tezliklə öz həllini tapsın. Bilirsiniz ki, artıq ikitərəfli sazişlər də imzalanıbdır və bunlar ümumi razılığa gəlmək üçün çox gözəl əsas yaradır. Hesab edirik ki, ikitərəfli sazişlərin prinsipləri əsasında ümumi saziş imzalamaq olar. Ancaq bilirsiniz ki, müxtəlif ölkələrin mövqeləri hələ ki üst-üstə düşmür. Biz isə öz mövqeyimizdə qalırıq və onu müdafiə edəcəyik.

SUAL: İlham müəllim, “Araz”, “Alov” və “Şərq” yataqlarının işlənilməsi ilə bağlı bir yenilik varmı?

CAVAB: Xeyr, hələ bir yenilik yoxdur. Biz istəmirik ki, bp şirkətini tələsdirək. Hesab edirəm ki, bizim mövqeyimiz düzgündür. Biz istəyirik, bu məsələ İran ilə Azərbaycan arasında həll olunandan sonra buna yenidən qayıdacağıq.

SUAL: “Şahdəniz” qaz yatağının işlənilməsi ilə bağlı Avropa Yenidənqurma və İnkişaf Bankından kredit alınması barədə məlumat yayılıbdır. Hökumət bu barədə onlara müraciət etmək üçün mövqeyini müəyyənləşdiribmi?

CAVAB: Bəli, biz qərara gəldik ki, Avropa Yenidənqurma və İnkişaf Bankına müraciət edəcəyik. Səhv etmirəmsə, ya dünən, ya da bu gün oraya belə bir məktub getməlidir ki, Azərbaycan layihədə qalır və onlardan maliyyə vəsaiti xahiş edir. Bilirsiniz ki, bu konsepsiyanın dəyişdirilməsi, ümumiyyətlə, bahalaşması bizi çox narahat edirdi. Çünki bizim fikrimizə görə, buna o qədər də böyük əsas yoxdur.

Amma açıq deyə bilərəm ki, bizdə başqa alternativ də yoxdur. Ya bu layihədən imtina etməliyik, yaxud da bp tərəfindən hazırlanmış yeni konsepsiyanı qəbul etməliyik. Fakt qarşısında qalmışıq. Təkcə bizi yox, bu layihədə iştirak edən bütün başqa tərəfdaşları fakt qarşısında qoyublar. Çünki bilirsiniz ki, bp orada operatordur. Ona görə gərək biz iki variantdan birini seçək. Layihənin bahalaşmasına, buna ətraflı əsas göstərilməməsinə baxmayaraq, biz razılıq verdik. Hesab edirəm ki, əgər fevral ayında sanksiya verilməsə, ümumiyyətlə, layihə sual altında qala bilər. Çünki bu 2006-cı ildə yox, 2007-ci ildə reallaşa bilər.

SUAL: Sizcə, verilən kreditin həcmi nə qədər ola bilər?

CAVAB: Bilirsiniz, ilkin rəqəmlər 2,6 milyon dollar civarında idi. Biz də hesab edirdik ki, bu, kifayətdir. Bu rəqəmləri də bizə məhz bp təqdim etmişdi. Birdən-birə bu layihənin 500-600 milyon dollar bahalaşması bizə çox təəccüblü gəldi. Biz tələb edirdik ki, bunun əsasında nələr durur. Onlardan bizi qane edən izahat ala bilmədik. Dedilər ki, belədir. Belə vəziyyətdə biz qərara gəldik ki, baxmayaraq, layihə bahalaşdı, buna gedək. Amma ola bilsin ki, bundan sonrakı mərhələlərdə azalma istiqamətində hansısa dəyişiklik olsun. Biz belə hallarla keçmişdə də rastlaşmışdıq. Vaxtilə neftin qiyməti aşağı düşəndə bp Bakı-Tbilisi-Ceyhan layihəsini 3,7 milyard dollar həddində dəyərləndirmişdi. Amma sonra, danışıqlar nəticəsində bu rəqəm 2,6 milyarda enmişdi. İstisna etmirəm ki, “Şahdəniz”də də belə hal ola bilər.

SUAL: Fevral ayında sanksiya verilməsi nə qədər realdır?

CAVAB: Mən inanıram ki, veriləcəkdir. Çünki indi qarşımızda problem yoxdur. Azərbaycan Dövlət Neft Şirkəti öz payını maliyyələşdirir. Kəşfiyyat dövründən sonra yaranmış borc təxminən 14 milyon dollardır və onu ödəyirik. Eyni zamanda, Avropa Yenidənqurma və İnkişaf Bankından maksimum 250 milyon dollar kredit istəmişik. Amma biz nə qədər götürəcəyimizi özümüz təyin edəcəyik. Yəni biz oradan 250 milyon dollar kredit götürə bilərik.

Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən heç bir problem yoxdur. Digər tərəfdaşlar da çox təkidlə istəyirlər ki, bu layihə həyata keçirilsin. Düzdür, onun rentabelliyi aşağı düşür. Çünki bunu həyata keçirmək birinci fazada o qədər də böyük mənfəət gətirməz. Amma ikinci fazanı nəzərə alsaq, əlbəttə, investorlar üçün cəlbedicidir.

SUAL: İlham müəllim, bir vaxtlar operatorluğu “Statoyl” şirkəti həyata kecirmək istəyirdi. Belə bir fikir varmı?

CAVAB: Bəli, belə bir məsələ var. Amma bu, onların daxili işidir. “Statoyl” və bp eyni, 25,5 faiz paya malikdir. Ona görə bu, onların öz işidir, biz etiraz etmərik.

SUAL: Bu məsələ müzakirə olunacaq, yoxsa özləri razılığa gəlməlidirlər?

CAVAB: Əgər özləri razılığa gələrsə, əlbəttə, gərək biz də öz mövqeyimizi bildirək. Amma əgər bp ilə “Statoyl” arasında hansısa fikir ayrılığı olmazsa, onda biz də etiraz etmərik.

 

SUAL: Sizcə, “Şahdəniz” layihəsinin rentabelliyini artırmaq üçün bp-nin təklif etdiyi platformanı maya dəyəri daha az olan platforma ilə əvəz etməyə ehtiyac varmı?

CAVAB: bp-nin məlumatına görə, onların təklif etdiyindən aşağı dərəcəli platforma quraşdırılarsa, qiymətdə elə böyük fərq olmayacaq, əksinə, layihənin həyata keçirilməsini azı bir il yubadacaqdır. Həmin halda itirəcəyimizi hesablasaq, bu, sərfəli deyildir.

SUAL: Türkiyədə hökumətin dəyişməsi “Şahdəniz” layihəsinin gerçəkləşdirilməsinə təsir göstərə bilərmi?

CAVAB: Bu layihənin həyata keçirilməsi ilə bağlı Türkiyə ilə aramızda heç bir problem yoxdur. İnvestorların bəzi sualları meydana çıxır, lakin düşünürəm ki, hər halda, biz gələn ilin fevralında bu layihənin gerçəkləşdirilməsinə sanksiya verməliyik. Həmin müddətədək sanksiya verməsək, layihə havadan asılı qala bilər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Müşavirə dağ-mədən və metallurgiya sektoruna dövlət dəstəyinin artırılmasına imkan verəcək - ŞƏRH

Minsk qrupunun sonunu gətirən “silah” – TƏHLİL

Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK

Londonda Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisi barədə nə düşünürlər?  VİDEO

Londonda Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisi barədə nə düşünürlər?  VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi olub

BMT-nin Baş katibi: Afrikanın daimi təmsil olunmadığı Təhlükəsizlik Şurası ədalətsizdir

Quterreş: Şəbəkələşmiş gələcəyin qurulması super dövlətlərin müəyyən hədlərin mövcudluğunu qəbul etməsi ilə başlayır

IMO nümayəndəsi: Mülki gəmilərə hücumlar səbəbindən Qara dənizdə gəmiçilik demək olar dayanıb

Regionların inkişafı davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir - ŞƏRH

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı təhsil sistemi üçün yeni kadr gündəliyi formalaşdırır – ŞƏRH

Bir zamanlar ekranda heyranlıqla izlədiyi döyüşçülər kimi oldu - 19 yaşlı şəhid Seymur Əzizalıyev

® “Samsung Micro RGB”: yeni nəsil arxa işıqlandırma texnologiyası nə verir?

Tacikistan yığmasının baş məşqçisi: Bizi Azərbaycan millisi ilə maraqlı oyun gözləyir

Azərbaycan və Malayziya mərkəzi bankları mühasibat uçotu təcrübələrini bölüşüb

Azərbaycan ilə Almaniya enerji əməkdaşlığının genişləndirilməsini dəyərləndirib

Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Süni intellekt müəllimin köməkçisi ola bilərmi?

Qafqaz Albaniyasının xristian irsi Azərbaycanın qədim dövlətçilik tarixinin ayrılmaz hissəsidir ŞƏRH

“ADEX 2026” və “Securex Caspian” sərgiləri 3 gün davam edəcək

III Beynəlxalq Opera Festivalı çərçivəsində konsertlər davam edir

Azərbaycan və Gürcüstanın regionları arasında əməkdaşlığın genişləndirilməsi imkanları araşdırılır

Moldova hökuməti Dnestr çayının dayazlaşması ilə əlaqədar fövqəladə vəziyyətin tətbiqini təsdiqləyib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyə nümayəndə heyəti ilə görüşüb

BMT ekspertləri süni intellekt üzərində nəzarətin itirilməsi barədə xəbərdarlıq ediblər

Deputat: Azərbaycana qarşı aparılan kampaniyanın dirijoru Ermənistan hakimiyyətidir

“Mançester Yunayted”in sabiq futbolçusu Rusiya klubları ilə danışıqlar aparır

Böyük Zəfərin əbədi qəhrəmanları - Ədəbiyyat Muzeyində elmi seminar

AXA sədri Ağcabədidə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Vənglidə görmədiyiniz məkanlar – Xaçınçayın sahilindən REPORTAJ VİDEO

Vənglidə görmədiyiniz məkanlar – Xaçınçayın sahilindən REPORTAJ VİDEO

Avropada qazın qiyməti 3 həftənin minimumuna enib

“ASAN xidmət”in Kambocada tətbiqi ilə bağlı işlər sürətləndirilir

Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb

“Gümüşü Dost”: Yaşlıların təcrübəsi könüllülükdə VİDEO

“Gümüşü Dost”: Yaşlıların təcrübəsi könüllülükdə VİDEO

Qafqaz Albaniyasının heykəltaraşlıq nümunələri: ideya və inancların simvolu

“Sumqayıt” basketbolçusu ilə yeni müqavilə imzalayıb

BDU-da Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Akademiyası yaradılıb

Teatr tarixində ilk: Tamaşalarımız Türkiyənin ən böyük sənət vəqfi tərəfindən mükafatlandırılacaq

Parlamentin Gənclər və idman komitəsinin ötən sessiyada görülmüş işləri qənaətbəxş hesab olunub

Cəlilabadda bədbəxt hadisə baş verib

Telman İbrahimov: Qafqaz Albaniyasında heykəltaraşlıq ənənələrinin kökləri qədim dövrlərə gedib çıxır

İlqar Fəhmi: Nizami yaradıcılığının təbliği, gənc nəslə çatdırılması mühüm əhəmiyyət daşıyır

Alimlər Marsın erkən dövründə suyun mürəkkəb tarixini üzə çıxarıblar

Elm Fondunun qrant dəstəyi Qafqaz Albaniyasının maddi-mədəni irsinin tədqiqinə yeni imkanlar yaradır

Ekspert: Paytaxtın mərkəzdən kənarlara doğru genişləndirilməsi və inkişaf etdirilməsi həyata keçirilməlidir

Diplomatların Qarabağa səfərinə Ermənistanın reaksiyası sülh ritorikası ilə reallıq arasındakı ziddiyyətdir ŞƏRH

Yunanıstan Egey dənizinin cənub-şərqində dron uçuşlarını qadağan edib

Naxçıvanda reabilitasiya mərkəzinə mediatur təşkil olunub VİDEO

Naxçıvanda reabilitasiya mərkəzinə mediatur təşkil olunub VİDEO

Dövlət katibi: ABŞ Səudiyyə Ərəbistanı qarşısındakı müdafiə öhdəliklərini yerinə yetirəcək

Xaçmazda oğurluq edən şəxs saxlanılıb

ABŞ, Danimarka və Qrenlandiya liderləri bu gün təhlükəsizlik sazişi imzalayacaqlar

Sabah Masallının 4 yaşayış məntəqəsinə qazın verilişi dayandırılacaq

Azərbaycan türk dövlətləri arasında turizm əlaqələrinin inkişafında mühüm rol oynayır

Nyu-Yorkda BMT Baş Assambleyasının yüksəksəviyyəli həftəsi başlayır

Livan ölkənin cənubunda yeni beynəlxalq kontingentin yerləşdirilməsini istəyir

Rumıniya Aİ-də benzinin ən çox bahalaşdığı ölkələr sırasındadır

Fərhad Quliyev: Qafqaz Albaniyasının maddi-mədəni irsi kompleks şəkildə araşdırılmalıdır

Rubio: Tramp İran Prezidenti ilə görüşə açıqdır

Qarabağ və Şərqi Zəngəzurda arxeoloji ekspedisiyaların miqyası artırılır

MOK-un baş katibi: Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır

Misin qiyməti rekord göstəriciyə çatır

Metronun “Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb VİDEO

Metronun “Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb VİDEO

Rumıniya neft tələbatının 77 faizini idxal hesabına ödəyir

Akademik Hüseyn Əhmədovun 100 illiyinə həsr olunmuş konfrans

Metronun "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz olacaq VİDEO

Metronun "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz olacaq VİDEO

VK-nın Qadın Vəkillər Alyansı Beynəlxalq Hüquqşünas Qadınlar Federasiyasına üzv olmaq üçün müraciət edib

Rubio: Hörmüzdən neft daşımaları 60-70 faiz bərpa olunub

Dövlət Uşaq Filarmoniyasında “Victor Viva-Music” Beynəlxalq Müsabiqəsi keçiriləcək

Qafqaz Albaniyasının tədqiqində yeni mərhələ başlanır

Mikayıl Cabbarov: 2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinə 5,3 milyard manat investisiya nəzərdə tutulur

Naxçıvanda 873 daşınmaz əmlak obyektinə yeni ünvan verilib

Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açılıb VİDEO

Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açılıb VİDEO

Qafqaz Albaniyası abidələrinin tədqiqi istiqamətində yeni addımlar atılır

Kipr klubunun azərbaycanlı futbolçusu zədəsini tam sağaldıb

İsa Həbibbəyli: Qafqaz Albaniyası ilə bağlı elmi tədqiqatlar sistemli şəkildə davam etdirilməlidir

Zakir İbrahimov: “AzerGold”un Dövlət Proqramı üzrə 4 strateji layihəsinin investisiya həcmi 3,63 milyard manatdır

Yaşayış evindən pul oğurlayan şəxslər saxlanılıblar VİDEO

Yaşayış evindən pul oğurlayan şəxslər saxlanılıblar VİDEO

Uşaqların rəqəmsal təhlükəsizliyinin təmin edilməsinə dair fikir mübadiləsi aparılıb

Azərbaycan regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlığa hər zaman sadiqdir - ŞƏRH

Aİ ölkələrində yanacağın qiyməti son bir ildə 23,8 faiz artıb

® “Coca-Cola”nın dəstəyi ilə “Xəzəri Qoruyaq!” ekoloji aksiyası yekunlaşıb

Telman İbrahimov: Qafqaz Albaniyasının mədəni irsinin araşdırılmasında yazılı mənbələrin rolu böyükdür

Nazir: Azərbaycanın mineral resurslarından daha yüksək dəyər yaratmaq üçün böyük imkanları var

Mikayıl Cabbarov: Beynəlxalq maliyyə resurslarından daha geniş istifadə imkanlarına baxılmalıdır

Maka Boçorişvili: ABŞ-nin Azərbaycan və Ermənistan arasında sülh prosesində iştirakı regionda yeni imkanlar yaradır

Aİ-nin neft idxalının dəyəri ikinci rübdə 56 faizədək artıb

Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Sədr: Hədəfimiz “AzerGold”u 2030-cu ilədək illik dövriyyəsi 1 milyard manata çatan dövlət şirkətinə çevirməkdir

Başqırdıstanda ticarət mərkəzində yanğın zamanı üç nəfər ölüb

Qızılkilsə məbədində aşkar edilən Urartu kitabəsi: II Argiştinin sirri

“Azəriqaz”ın baş direktoru Xankəndidə vətəndaşların müraciətlərini dinləyəcək

Naxçıvanda dövlət əmlakının icarəsindən dövlət büdcəsinə daxilolmalar 47 faizdən çox artıb

Tarixçi-alim: İrəvandakı kilsənin fasadı Türkiyədən gətirilən qırmızı tuf daşı ilə bərpa edilib

Ramil Niftəliyev: Qərbi Azərbaycan ərazisində xristian irsinin mənimsənilməsi halları araşdırılmalıdır

Yoxsul ölkələrin borclarının qiymətləndirilməsi zamanı iqlim dəyişikliyinə uyğunlaşma xərcləri nəzərə alınacaq

Ramil Ağayev: Qarabağdakı bir sıra abidələrin tarixi Albaniya irsi ilə bağlılığı mənbələrdə əksini tapıb

“Real Madrid”in kapitanı 2 həftə oynaya bilməyəcək

Səkkiz ayda Astara Terminalında 537 min tondan çox yük aşırılıb

Mikayıl Cabbarov: “Zəylik” alunit yataqları üzrə araşdırmalar davam etdiriləcək

Bakıda yeni müasir məhəllə qazanxanaları tikilir