Azərbaycan Dövlət İnformasiya Agentliyi

2019-cu ilin büdcə zərfinə daxil olan qanunlar qəbul edilib

Bakı, 30 noyabr, AZƏRTAC

Noyabrın 30-da Milli Məclisin növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov və hökumətin üzvləri iştirak ediblər.

İclasa sədrlik edən spiker Oqtay Əsədov bildirib ki, ilk dəfədir büdcə zərfinə daxil olan sənədlər parlamentdə üç oxunuşdan keçir. Bu günədək həmin qanun layihələri komitələrdə və plenar iclaslarda iki oxunuşda geniş müzakirə olunub. Hökumətlə parlamentin sıx əməkdaşlığı müsbət nəticə verib. Layihələrə lazımi düzəlişlər edilib.

İclasda 2019-cu ilin dövlət büdcəsi haqqında qanun layihəsini üçüncü oxunuşda deputatlara təqdim edən iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə vurğulayıb ki, müzakirələr zamanı deputatların irəli sürdükləri təkliflərin əksəriyyəti hökumət tərəfindən nəzərə alınıb. Büdcə zərfinə daxil olan qanunlar Azərbaycan dövlətinin maraqlarına tam cavab verir. Gələn ilin büdcəsi ölkədə aparılan iqtisadi islahatların daha da dərinləşməsinə, iqtisadi siyasətin prioritet istiqamətlərinin daha real şəkildə həyata keçirilməsinə və əhalinin sosial problemlərinin həllinə imkan verəcək.

Sonra Milli Məclis “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Plenar iclasda üçüncü oxunuşa çıxarılmış büdcə zərfindəki sosial sahəyə dair qanun layihələrini əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli təqdim edib. Deputatlar “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2019-cu il dövlət büdcəsi haqqında”, “2019-cu il üçün yaşayış minimumu haqqında” və “2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrini dəstəkləyiblər.

“Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il üçün xərclər smetası haqqında” və “Azərbaycan Respublikası Hesablama Palatasının 2019-cu il üçün xərclər smetası haqqında” qanun layihələri də üçüncü oxunuşda qəbul edilib.

Büdcə zərfindəki sənədlərin qəbulundan sonra iclasda hökumət üzvlərinin iştirakı ilə Vergi Məcəlləsinə edilən dəyişikliklərlə əlaqədar olan 7 qanun layihəsinə baxılıb.

Əvvəlcə Ziyad Səmədzadə Vergi Məcəlləsində aparılan dəyişikliklər barədə məlumat verib. Bildirib ki, həmin dəyişikliklər Azərbaycan iqtisadiyyatında şəffaflığın artırılmasına, biznes mühitinin daha da yaxşılaşmasına, sahibkarlığın təkmilləşməsinə, əmək münasibətləri sahəsində yaranmış problemlərin həllinə kömək edəcək.

Qanun layihəsinin müzakirəsində deputatlar İsa Həbibbəyli, Qüdrət Həsənquliyev, Fazil Mustafa, Əli Məsimli, Çingiz Qənizadə müsbət fikirlər söyləyiblər. Bir sıra təkliflər irəli sürülüb.

İclasda iştirak edən vergilər naziri Mikayıl Cabbarov deputatların təkliflərinə münasibət bildirib, suallara aydınlıq gətirib.

Səsvermə zamanı qanun layihəsi ikinci oxunuşda qəbul edildikdən sonra üçüncü oxunuşda da səsə qoyulub və qəbul edilib.

İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyi deputat Azay Quliyev şərh etdikdən sonra parlament bu qanun layihəsinə də ikinci və üçüncü oxunuşda müsbət münasibət bildirib. Qeyd olunub ki, “Büdcə sistemi haqqında” qanunda edilən dəyişikliyə görə icmal büdcənin qeyri-neft gəlirləri dedikdə icmal büdcənin ümumi gəlirlərindən icmal büdcənin neft gəlirləri çıxıldıqdan sonra qalan məbləğ nəzərdə tutulacaq. Dövlət büdcəsinin neft gəlirləri dedikdə Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert, Azərbaycan ərazisində xam neftin və təbii qazın hasilatı ilə məşğul olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ödədiyi vergilər (fiziki şəxslərin gəlir vergisi istisna olmaqla) və həmin fəaliyyətlə məşğul olan digər şəxslərin ödədiyi mənfəət vergisi nəzərdə tutulur. Dövlət büdcəsinin qeyri-neft gəlirlərini isə dövlət büdcəsinin ümumi gəlirlərindən dövlət büdcəsinin neft gəlirləri çıxıldıqdan sonra qalan məbləğ təşkil edəcək.

Parlament bu qanun layihəsinin həm ikinci, həm də üçüncü oxunuşda qəbul edilməsini məqsədəuyğun sayıb.

İclasda ikinci oxunuşda müzakirəyə çıxarılmış bütün qanun layihələrinə, o cümlədən “Dövlət borcu haqqında”, “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Əmək pensiyaları haqqında” qanunlara dəyişiklik edilməsinə dair layihələrə prosedur qaydalarına uyğun baxılıb. Sənədlər öncə ikinci oxunuşda əsas kimi qəbul edilib, fikir mübadiləsindən sonra səsverməyə çıxarılıb.

Ayrı-ayrılıqda səsə qoyulan bu qanun layihələri ikinci və üçüncü oxunuşlarda qəbul olunub.

Plenar iclasda bir sıra qanun layihələrini hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Azay Quliyev təqdim edib. Deputatlar İnzibati Xətalar və Cinayət-Prosessual məcəllələrində, həmçinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunlarda dəyişiklik edilməsini məqsədəuyğun sayıblar.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov “Azərbaycan Ordusunun 4 nəfərdən ibarət hərbi heyətinin “qərargah zabit” və “hərbi müşahidəçi” qismində UNMISS-in komandanlığı altında Cənubi Sudan Respublikasında yerləşdirilməsinə və missiyada iştirak etməsinə razılıq verilməsi haqqında” qərar layihəsini şərh edib. Bildirib ki, indiyədək Azərbaycan dünyanın bir çox ölkələrində sülhməramlı missiyalarda iştirak edib. BMT-nin başçılığı altında həyata keçirilən bu missiya dövlətimizin sülhsevər siyasətinin humanist mahiyyətini bir daha ortaya qoyur.

Parlament həmin qərar layihəsini təsdiq edib.

Sonra iclasda qanunvericiliyin uyğunlaşdırılması məqsədilə hazırlanmış layihələrə baxılıb. Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlının, səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun, regional məsələlər komitəsinin üzvü Rüstəm Xəlilovun məlumatları dinlənilib. Fikir mübadiləsində deputatlar Əflatun Amaşov, Tahir Kərimli, İsa Həbibbəyli, Musa Quliyev, Hikmət Məmmədov rəylərini bildiriblər.

Milli Məclis “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda və 1999-cu il 8 dekabr tarixli qanunla təsdiqlənmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tətbiqi haqqında Əsasnamə”də, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda və “Dərman vasitələri haqqında” qanunlarda, həmçinin İnzibati Xətalar Məcəlləsində bir sıra dəyişikliklər edilməsinə razılıq verib.

Deputatlara məlumat verilib ki, Vergi Məcəlləsinin 221-ci maddəsində və “Avtomobil nəqliyyatı haqqında” Qanunun 6, 21, 27 və 59-cu maddələrində dəyişiklik edilməsi zərurəti Azərbaycan Prezidentinin “Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2 aprel 2018-ci il tarixli Fərmanının icrası məqsədilə hazırlanıb.

Səsvermə zamanı deputatlar həmin dəyişiklikləri müsbət dəyərləndiriblər.

“Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişikliklər edilməsinə dair qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Plenar iclasda qanunvericiliyin təkmilləşdirilməsi və uyğunlaşdırılması məqsədilə Mənzil Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna təklif olunan dəyişikliklər də müsbət qarşılanıb. Hər üç sənəd birinci oxunuşda qəbul edilib.

Bildirilib ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna 9-1-ci maddə əlavə edilir. Bu əlavədən məqsəd məhdud məsuliyyətli cəmiyyətin təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin elektron qaydada qeydiyyata alınmasının hüquqi mexanizminin müəyyən edilməsidir. Bununla əlaqədar olaraq İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı verdikləri yanlış məlumata görə inzibati məsuliyyətdən azadetmə müddəti 1 il nəzərdə tutulur.

Deputatlar sözügedən dəyişikliklərlə bağlı hər iki sənədi birinci oxunuşda qəbul ediblər.

Parlamentdə ikinci oxunuşda müzakirəyə çıxarılmış “Aviasiya haqqında”, “Dövlət borcu haqqında”, “İnzibati icraat haqqında” qanunlarda, eləcə də Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrində, İnzibati Xətalar Məcəlləsinin 43, 54 və 594-cü maddələrində dəyişikliklərə dair məsələlər şərh olunub.

Qanun layihələri səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov birinci oxunuşdan sonra “Psixoloji yardım haqqında” Qanun üzərində aparılmış iş barədə məlumat verib.

İclasda 6 fəsil, 22 maddədən ibarət qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Deputatlar qanunvericiliyin uyğunlaşdırılması məqsədilə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 12-ci və 14-cü maddələrinə təklif olunan dəyişikliyə də razılıq veriblər.

Sənəd birinci oxunuşda qəbul edilib.

Məlumat verilib ki, 2016-cı ilin sentyabrında ölkəmizdə keçirilmiş referenduma əsasən Konstitusiyada bir sıra dəyişikliklər edilməsi nəticəsində Seçki Məcəlləsində mövcud olan 178.1-ci maddə ilə ziddiyyət meydana gəlib. Həmin ziddiyyətin aradan qaldırılması üçün məcəllədə dəyişiklik edilməsi zərurəti yaranıb.

Deputatlar Seçki Məcəlləsində dəyişikliyə dair qanun layihəsini birinci oxunuşda məqbul sayıblar.

İclasda bildirilib ki, İnzibati Xətalar Məcəlləsinin şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlamaya dair 92-ci maddəsində aparılan dəyişiklik bu sənədin “Feldyeger rabitəsi haqqında” Qanuna uyğunlaşdırılması ilə əlaqədardır.

Sonra “Avtomobil nəqliyyatı haqqında” Qanunun 1, 9, 57-ci maddələrinə, “Sığorta fəaliyyəti haqqında” qanunun 96-cı maddəsinə edilən dəyişiklik və əlavə barədə məlumat dinlənilib. Qanun layihələri səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bununla da gündəlikdəki 45 məsələyə münasibət bildirən Milli Məclis iclasını başa çatdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO