2023-cü il Formula 1 Azərbaycan Qran-Prisinin başlanma saatı müəyyənləşib
Bakı, 17 dekabr, AZƏRTAC
2023-cü il Formula 1 Azərbaycan Qran-Prisinin proqramı açıqlanıb.
AZƏRTAC Formula 1-ə istinadla xəbər verir ki, aprelin 28-30-da Bakı şəhər halqasında keçiriləcək yarışda ilk dəfə sprint yürüş təşkil olunacaq.
Proqrama əsasən, aprelin 28-də saat 13:30-da birinci sərbəst yürüş, 17:00-da isə təsnifat mərhələsi start götürəcək. Ertəsi gün ikinci sərbəst yürüş də 13:30-da başlayacaq. Pilotlar sprint yürüşündə mübarizəyə 17:30-da qoşulacaqlar. Azərbaycan Qran-Prisi isə aprelin 30-da 15:00-da start götürəcək.
Formula 1-in yeni mövsümü martın 5-də Bəhreyndə başlayacaq. İyirmi üç mərhələ üzrə davam edəcək dünya çempionatına noyabrın 26-da Birləşmiş Ərəb Əmirliklərində yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [12:56]