20 Yanvar dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq
Bakı, 30 iyun, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) sürücülərə müraciət edib.
AAYDA-dan AZƏRTAC-a bildirilib ki, iyulun 2-də saat 00:00-dan 05:00-dək Bakı şəhəri, Nəsimi rayonunun Alı Mustafayev küçəsində (yalnız 20 Yanvar dairəsi istiqamətində, tunelin çıxışında)aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Sürücülərdən göstərilən saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [12:33]
Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq
- 10.08.2026 [12:27]