20 Yanvar şəhidlərinin qəhrəmanlıqları Azərbaycan xalqının gələcəyi üçün əbədi sönməz məşəldir
Bakı, 20 yanvar (AZƏRTAC). 20 Yanvar şəhidlərinin mərdliyi və şücaəti Azərbaycan xalqının gələcəyi üçün əbədi sönməz məşəldir.
Bu sözləri yanvarın 20-də qəhrəman Vətən övladlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanını ziyarətə gəlmiş paytaxt sakini Eldəniz Xuduzadə AZƏRTAC-a müsahibəsində demişdir.
Hadisənin canlı şahidi olduğunu söyləyən E.Xuduzadə həmin gecə yaşından asılı olmayaraq hər kəsin küçələrə axışdığını qeyd edərək demişdir: “Ömrünün baharını yaşayan, ölümün bir addımlığında olmalarına baxmayaraq xalqının azadlığı uğrunda gözünü belə qırpmadan canından keçməyə hazır olan gənc qızlar və oğlanları ətrafımda görəndə bu gecənin qətl deyil, zəfər gecəsi olacağını anladım. Faciədən 23 il ötsə də hər il milyonlarla insan bu müqəddəs məkana gələrək şəhidlərimizə olan əbədi məhəbbət və rəğbətini çatdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]