Azərbaycan Dövlət İnformasiya Agentliyi

İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin görüşü keçirilib VİDEO

Bakı, 28 iyun, AZƏRTAC

İyunun 28-də Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Turizm Nazirlərinin 11-ci Konfransı çərçivəsində üzv ölkələrin yüksəkvəzifəli şəxslərinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə növbəti konfransın keçiriləcəyi tarix və yer, eləcə də 2023-2024-cü illər üzrə İƏT-in “Turizm Şəhəri Mükafatı”na namizədlər müəyyənləşdirilib, konfransın yekun qətnaməsinin layihə sənədi və Bakı Bəyannaməsi qəbul edilib.

Dövlət Turizm Agentliyinin (DTA) təşkilatçılığı ilə keçirilən konfransda təşkilatın Baş katibi Hissein Brahim Taha, təşkilata üzv dövlətlərin turizm nazirləri və nazir müavinləri, səfirlər, İƏT-in 7 alt institutu olan beynəlxalq təşkilatların təmsilçiləri, dövlət rəsmiləri və ekspertlər daxil olmaqla 39 ölkədən 160-dan artıq nümayəndə iştirak edib.

Konfrans Fuad Nağıyev tərəfindən Prezident İlham Əliyevin salamlama mətninin oxunması ilə işinə başlayıb.

Mətndə İƏT-in Azərbaycanın müstəqilliyinin bərpasından sonra üzv olduğu ilk beynəlxalq təşkilatlardan biri olması, 2021-ci ildə Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatına üzv olmasının 30 illiyinin tamam olması, Azərbaycanın hər zaman İƏT-in fəaliyyətini dəstəklədiyi, üzv dövlətlər arasında həmrəyliyin, birliyin möhkəmləndirilməsi yolunda səylər göstərdiyi qeyd olunub.

Həmçinin salamlama mətnində 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması, Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi vurğulanıb.

İƏT-in istər işğal müddətində Azərbaycana qarşı təcavüzü və işğalı pisləyən, ölkəmizin suverenliyini və ərazi bütövülüyünü dəstəkləyən çoxsaylı qətnamə və bəyanatlar qəbul etməsi, istərsə də müharibə zamanı nümayiş etdirdiyi qətiyyətli mövqe və Azərbaycanın haqq işinə dəstək verməsi alqışlanıb.

İşğaldan azad olunmuş ərazilərdə Ermənistan tərəfindən bütün mədəni irsin, İslam dininə aid bütün abidələrin, 67 məsciddən 65-nin yerlə-yeksan edilməsi, digər məscidlərə ciddi zərər vurulması, təhqiramiz əməllər törədilərək yalnız azərbaycanlıların deyil, bütün dünya müsəlmanlarının hisslərini təhqir edilməsi, ekosid törədilməsi qeyd olunur, İslam tarixi və mədəni abidələrinin, ziyarətgahlarının Ermənistan tərəfindən dağıdılmasının və talan olunmasının qəti şəkildə pislənməsinə görə üzv dövlətlərə və Katibliyə təşəkkür bildirilib.

Mətndə pandemiyadan əvvəlki 3 il ərzində İƏT-ə üzv dövlətlərdən ölkəmizə 3 milyondan çox turist gəldiyi qeyd olunub və qarşıdakı illərdə üzv dövlətlərdən turist axının sürətlənəcəyinə və turizm əlaqələrinin daha da genişlənəcəyinə inam ifadə olunub.

Sonda sessiya çərçivəsində aparılacaq müzakirələrin turizm əməkdaşlığının artırılması üçün yeni ideya və təşəbbüslərin irəli sürülməsinə, qardaş xalqlarımız arasında etimad və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edəcəyi vurğulanıb və sessiyanın işinə uğurlar arzulanıb.

Daha sonra tədbir Fuad Nağıyevin çıxışı ilə davam edib.

Öz çıxışında Fuad Nağıyev görüşün pandemiyadan sonra İslam ölkələrinin turizm rəsmilərinin ilk görüşü olduğunu, konfransın üzv ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafında mühüm platforma kimi çıxış etdiyini bildirib.

Azərbaycanın İƏT-ə üzv olan dövlətlərlə qarşılıqlı turizm əlaqələrinin inkişaf etməkdə olduğunu, Azərbaycana İslam ölkələrindən gələn turistlərin say nisbətinin ümumi turistlərin 55 faizini təşkil etdiyini, təşkilata üzv ölkələrin əsas şəhərləri ilə Bakı arasında birbaşa uçuşların sayının artması və sadələşdirilmiş viza rejiminin mövcud olmasının bu rəqəmlərin daha da artmasına töhfə verəcəyinə ümid etdiyini diqqətə çatdırıb.

Agentlik sədri Azərbaycanda turizm sənayesinin postpandemiya dövründə sürətlə bərpa olunmağa başladığını, artıq ilin ilk 5 ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayının keçən illə müqayisədə 118 faiz artdığını qeyd edib.

Fuad Nağıyev Azərbaycanın azad edilmiş torpaqlarında işğal müddətində dini əhəmiyyətli tarixi abidələrin, irs nümunələrinin, məscid və türbələrin məhv edildiyi, dövlətimiz tərəfindən Qarabağın və işğaldan azad olunan digər ərazilərin bərpası istiqamətində irimiqyaslı işlərin görüldüyü haqqında məlumat verib.

O, işğal müddətində İƏT-in və üzv dövlətlərin ölkəmizin haqlı mövqeyini daim dəstəklədiyini vurğulayaraq dağıntıları, eləcə də azad edilən torpaqlarda aparılan yenidənqurma və bərpa işlərini müşahidə etmək üçün qonaqları Şuşaya dəvət edib.

Fuad Nağıyev konfransda qəbul ediləcək Bakı Bəyannaməsində turizm təhsili, ölkələrarası təcrübə mübadiləsi və əməkdaşlıq, həmçinin üzv dövlətlərin özəl sektorunun işğaldan azad olunan ərazilərdə sülhquruculuğu və yenidənqurma işlərinə cəlb olunması imkanlarını yüksək qiymətləndirdiyini bildirib.

Təşkilatın Baş katibi Hissein Brahim Taha konfransın yüksək təşkilatçılığı üçün Azərbaycan tərəfinə təşəkkür edərək, İƏT üzvləri arası turizm əlaqələrinin genişlənməsinin İslam həmrəyliyinə töhfə verdiyini qeyd edib.

Qeyd edək ki, “Turizmin İnkişafında Yerli İcmaların Rolu” mövzusunda keçirilən konfransda “Turizmin inkişafı üzrə İƏT çərçivə sənədi”nin icrası və “İƏT-ə üzv dövlətlərdə İslam turizminin inkişafı üzrə Strateji Yol Xəritəsi”nin həyata keçirilməsi kimi məsələlərlə yanaşı, üzv ölkələrdə turizm infrastruktur layihələri, birgə turizm tədqiqatları və təbliğat tədbirləri, turizm sərgiləri üzrə əməkdaşlıq, İslam mədəniyyəti və irsi üzrə turizmin inkişafı kimi məsələlər müzakirə olunub, müxtəlif ölkələrin turizm təcrübəsi haqqında təqdimatlar edilib.

İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin görüşü keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO