Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib VİDEO
Bakı, 8 avqust, AZƏRTAC
Avqustun 8-də Aşura günü ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsində (QMİ) qanvermə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiyada QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə, idarə əməkdaşları və ölkəmizdə fəaliyyət göstərən konfessiyaların nümayəndələri iştirak ediblər.