22 May - Beynəlxalq Biomüxtəliflik Günüdür
Bakı, 22 may (AZƏRTAC). Mayın 22-si Beynəlxalq Biomüxtəliflik Günüdür. Avropanın bir çox ölkələrində, əsasən da Kanadada qeyd olunan bu gün BMT-nin Baş Assambleyası tərəfindən 2000-ci il dekabrın 20-də elan edilmişdir.
Ətraf mühitin çirklənməsi, qlobal iqlim dəyişiklikləri, səhralaşma, əhalinin artımı ilə əlaqədar istehlakın çoxalması, təbii ehtiyatlardan tələsik istifadə biomüxtəlifliyin sürətlə azalmasına səbəb olan amillərdir.
Biomüxtəliflik üzrə Konvensiyaya 2000-ci ildən qoşulmuş Azərbaycanda biomüxtəlifliyin qorunması ilə bağlı bir sıra tədbirlər həyata keçirilmiş, xüsusi mühafizə olunan təbiət ərazilərinin şəbəkəsi genişləndirilmiş, yeni milli parklar, dövlət təbiət qoruqları yaradılmış, həmçinin xüsusi mühafizə rejiminin gücləndirilməsi, bu sahədə hüquqi bazanın möhkəmləndirilməsi və mövcud qanunvericiliyin beynəlxalq hüquq normalarına uyğunlaşdırılması istiqamətində müvafiq tədbirlər görülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]