Xocavənddə xeyli sayda silah-sursat aşkarlanıb VİDEO
Xocavənd, 3 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad olunmuş ərazilərdəki tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində intensiv tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən tədbirlər nəticəsində 3 ədəd avtomat, 1 ədəd pulemyot, 48 ədəd əl qumbarası, 1 ədəd mərmi və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.