Siyəzəndə yük avtomobili ilə toqquşan minik maşını iki yerə bölündü VİDEO
Siyəzən, 6 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Siyəzəndə yük avtomobili minik maşını ilə toqquşub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Quba yolunun Siyəzən rayonu Gilgilçay qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Yük avtomobilinin “VAZ-2109” ilə toqquşması nəticəsində minik maşını iki yerə bölünüb.
Qəza zamanı “VAZ-2109”un sürücüsü xəsarət alıb. Yaralı Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.