“Sədərək” ticarət mərkəzində baş vermiş yanğının daha geniş sahəyə yayılmasına imkan verilməyib VİDEO
Bakı, 8 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) həyata keçirdiyi zəruri və təxirəsalınmaz tədbirlər sayəsində “Sədərək” ticarət mərkəzində baş vermiş yanğın tam söndürülüb.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanğının mürəkkəbliyinə baxmayaraq, qüvvələrin əlaqəli və səmərəli tətbiqi, yanğınsöndürənlərin fədakarlığı sayəsində yanğının daha geniş sahəyə yayılmasına imkan verilməyib.
Hadisə ilə əlaqədar araşdırma aparılır.