REGİONLAR
Zaqatalada keçmiş məhkumdan külli miqdarda narkotik götürülüb VİDEO
Zaqatala, 11 yanvar, AZƏRTAC
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsə qarşı əməliyyat tədbiri həyata keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şöbə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir zamanı əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Alişir Afrailov tutulub. Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilərək götürülüb. Davam etdirilən tədbirlərlə Alişir Afrailovun Fındıqlı kəndi ərazisində yaşadığı yerə də baxış keçirilib və oradan ümumi çəkisi 2 kiloqramdan artıq qurudulmuş marixuana aşkarlanıb.
Saxlanılan şəxs barəsində Zaqatala Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb. Alişir Afrailovun cinayət əlaqələrinin müəyyən olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.