Xaçmazda iki avtomobil toqquşub, xəsarət alanlar var VİDEO
Xaçmaz, 22 avqust, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Xaçmaz istiqamətində hərəkətdə olan iki "VAZ 2107" markalı avtomobillər toqquşub. Qəza nəticəsində idarəetməni itirən avtomobil yoldan çıxaraq işıq dirəyinə çırpılıb. Sürücü və avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım maşını ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.