Baş katib: Peşəkar liqanın keçirilməsi Azərbaycanda çövkənin inkişafına töhfə verəcək VİDEO
Bakı, 20 may, AZƏRTAC
"İnanıram ki, bu turnir Azərbaycanda çövkənin inkişafına öz töhfəsini verəcək".
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Atçılıq Federasiyasının baş katibi Bəhruz Nəbiyev mayın 21-də start götürəcək Peşəkar Çövkən Liqası ilə bağlı təşkil olunmuş mətbuat konfransında deyib.
Bu günə qədər ölkədə çövkənlə əlaqədar bir çox turnirin keçirildiyini xatırladan federasiya rəsmisi bu cür yarışların sayının artırılacağını bildirib: "Ümid edirəm ki, turnirdə iştirak edəcək komandaların hər biri layiqincə mübarizə aparacaq. Ümumilikdə 18 tur baş tutacaq. Hər komanda ev və səfər matçlarını Binə Atçılıq Mərkəzində oynayacaq. Lakin növbəti illərdə komandalar görüşlərini öz meydanlarında keçirə biləcəklər. Dekabrın 4-də isə liqanın çempionunu müəyyənləşdirəcəyik".
Qeyd edək ki, Peşəkar Çövkən Liqasında ölkənin müxtəlif regionlarından 10 komanda iştirak edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]