Oğuzda yol qəzası baş verib, ailə üzvləri xəsarət alıb VİDEO
Oğuz, 15 iyun, AZƏRTAC
Oğuzda minik avtomobili ağaca çırpılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuzun Kərimli kəndi ərazisindən keçən hissəsində yolnəqliyyat hadisəsi baş verib.
Oğuz şəhər sakini 35 yaşlı Fərhad Rzalının idarə etdiyi “HUNDAİ” markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşın yol kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişinlər, 65 yaşlı Şamama Rzayeva, 33 yaşlı Bahar Rzalı və 6 yaşlı Tuncay Rzalı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım briqadasının köməyi ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma başlanılıb, qəzanın təfərrüatları araşdırılır.
Müxbir - Rasim İslamoğlu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:58]
Tovuzda su kanalından kişi meyiti tapılıb
- 15.06.2026 [17:17]
Milli Qurtuluş Günü Qaxda silsilə tədbirlərlə qeyd olunub
- 15.06.2026 [16:12]
Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır
- 15.06.2026 [14:27]
Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO
- 15.06.2026 [12:18]
Şamaxıda Milli Qurtuluş Günü qeyd olunub
- 15.06.2026 [12:09]
Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib VİDEO
- 15.06.2026 [10:36]
Qəbələdə 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
- 14.06.2026 [23:41]