Azərbaycan Dövlət İnformasiya Agentliyi

Saymon Kleq: 17 günlük fantastik idman bayramı bizim böyük uğura imza atdığımızı göstərdi VIDEO

“Bakı 2015”in rəsmi media tərəfdaşı olan AZƏRTAC nəinki Azərbaycanda, hətta üzv olduğu beynəlxalq informasiya alyanslarında da Oyunların geniş təbliği üçün əlindən gələni etdi 

Bakı, 29 iyun AZƏRTAC

"Bakı-2015" birinci Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) əməliyyatlar üzrə baş direktoru Saymon Kleq Oyunların yekunları ilə bağlı AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.

- Cənab Kleq, "Bakı-2015" birinci Avropa Oyunları artıq tarixə çevrildi. Otuz aylıq gərgin işin nəticəsi əməliyyatlara rəhbərlik edən bir şəxs kimi sizi nə dərəcədə qane edir?

- Mən "Bakı-2015" ilk Avropa Oyunları ilə bağlı əldə etdiyimiz yüksək nailiyyətlərdən olduqca məmnunam. Bu, bizim gərgin əməyimizin möhtəşəm təcəssümüdür. Təbii ki, birinci Avropa Oyunlarının Əməliyyatlar Komitəsində çalışan bütün əməkdaşların böyük xidmətləri var. Dövlət və hökumət orqanlarının son 30 aydakı fəaliyyətini də qeyd etməliyəm. Hər kəs bu Oyunların peşəkarcasına təşkili üçün töhfəsini verdi.

Bildiyiniz kimi, Olimpiya, Asiya və ya Pan-Amerika Oyunlarına ev sahibliyi etmək üçün ən azı 7 il vaxt lazım gəlir. Lakin biz çox qısa zaman çərçivəsində böyük işin öhdəsindən gələ bildik. Təbii ki, bizə inanan rəhbərlik və yüksək səviyyəli əməkdaşlıq mövcud olmasaydı, belə bir nəhəng işin öhdəsindən gələ bilməzdik. 17 günlük fantastik idman bayramına nəzər saldıqda aydın şəkildə görünür ki, biz böyük uğura imza atdıq.

Prezident İlham Əliyevin Oyunların təşkilində böyük dəstəyi oldu. Cənab Prezident İlham Əliyev bizə inandı və onun köməyi olmasaydı, təbii ki, birinci Avropa Oyunları da tarixə çevrilməyəcək, bu cür möhtəşəm alınmayacaqdı. Prezident riski nəzərə aldı və 30 aylıq çox qısa zamanda belə bir peşəkarlıqla Oyunların həyata keçirilməsinə dəstək verdi.

Prezident İlham Əliyevin "Dostluq" ordenini təqdim etməyi mənim üçün böyük şərəf oldu. Xarici bir vətəndaşın əməyinin qiymətləndirilməsi olduqca əlamətdardır.

İlk Avropa Oyunları Təşkilat Komitəsinin fəaliyyətini də xüsusi qeyd etmək istərdim. Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın böyük xidmətləri var. Onun yüksək peşəkarlığı, dərin zəkası nəticəsində bu Oyunlar həyata vəsiqə qazandı. Mən birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığımı bildirirəm.

Möhtəşəm idman tədbirinə hazırlaşmaq üçün mənimlə yanaşı, Azərbaycanın gənclər və idman naziri, "Bakı-2015" birinci Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov da çalışıb. Bir daha qeyd etməliyəm ki, BEGOC-da çalışan hər bir əməkdaş uğur hekayəmizin başlaması üçün əllərindən gələni etdilər. Birinci Avropa Oyunları idman coğrafiyasına adını yaza bildi və bu, bizim ən böyük uğurumuzdur.

- Oyunlara maraq gözlənildiyindən də böyük oldu. Deyə bilərsinizmi, Oyunları arenada nə qədər azarkeş izlədi, "Bakı-2015" neçə ölkədə yayımlandı və nə qədər tamaşaçı topladı?

- Oyunlara olan tamaşaçı marağını gördükdə fərəhləndim. 17 gün ərzindəki statistikaya nəzər salsaq, yarışları hər gün 80 faizdən çox tamaşaçının izlədiyini müşahidə etmiş olarıq. Bu, bizim üçün yüksək göstəricidir və inanılmaz nəticədir. Yayım işlərində də böyük miras qoymuş olduq. Oyunlar 145 ölkədə geniş işıqlandırıldı. Təkcə möhtəşəm açılış mərasimi 120 ölkədə canlı yayımlandı. Xarici ölkələrə, bütün dünyaya 1100 saatdan çox yayım təmin edildi. Ümumiyyətlə, Oyunları 823 milyona yaxın tamaşaçı auditoriyası izlədi. Bildiyiniz kimi, ilk Avropa Oyunlarının rəsmi internet səhifəsinə daxil olan istifadəçilərin sayında hər gün artım qeyd olunurdu. Hər gün təqribən 5-6 milyon insan yarışları məhz rəsmi internet səhifəsindən izləyirdi. Beynəlxalq olimpiya komitələrinin əməkdaşları, rəsmi şəxslər, tamaşaçılar - təxminən yarım milyona yaxın insan bütün yarış meydançalarındakı tədbirlərdə iştirak etdi.

- Yəqin ki, məlumatınız var: avropalı idmançılar, nümayəndə heyətlərinin rəhbərləri, idman mütəxəssisləri Bakıdan hansı təəssüratlarla ayrıldılar?

- İstər atletlər, istər beynəlxalq idman federasiyaları, beynəlxalq Olimpiya Komitələrinin nümayəndələri Azərbaycanın ev sahibliyi etdiyi yüksək səviyyəli birinci Avropa Oyunlarından danışırlar. İdmançılar Atletlər Kəndində, meydançalarda, Heydər Əliyev Beynəlxalq Aeroportunda onlara göstərilən xidmətdən xüsusi razılıq edirlər. Avropalılar Azərbaycandan böyük təəssüratlarla ayrılırlar. Azərbaycanlılar hər bir nailiyyətdən qürur hissi duyur və bu hissləri əcnəbilərə ötürə bilirlər. Bu yay Bakıda Avropa idman Oyunlarının tarixi yazıldı.

- "Bakı-2015"-in Azərbaycan, Avropa, bütövlükdə dünya idmanının inkişafına verdiyi töhfələr barədə nə deyə bilərsiniz?

- Əminliklə qeyd edə bilərəm ki, insanlarınız idmanın 20 növü üzrə keçirilən birinci Avropa Oyunları barədə geniş məlumat əldə etdilər. Tamaşaçılar meydançalarda və ya ekranlarda yarışları izləməklə qaydalar haqqında da geniş bilgi qazandılar. Ümid edirəm ki, bu, gənclərinizin idmana marağını daha da artıracaq.

Bu Oyunların dünya idmanına verdiyi töhfələr də olduqca yüksəkdir. Gələcəkdə yarışlara daha tanınmış idmançılar cəlb olunacaq. Birinci Avropa Oyunları dünyada geniş yayımlandı. Biz beynəlxalq qurumlardan müsbət fikirlər aldıq. İdman tarixində Avropa Oyunlarının xüsusi yeri var. İştirakçı 50 ölkədən 42-si medal qazandı. Bu, artıq Oyunların uğuru deməkdir. Bir daha qeyd edim ki, qitə idmançıları, tanınmış atletlər Oyunlara qatılmağı səbirsizliklə gözləyirlər. Bütün bunlar Avropa Oyunlarının uzunmüddətli olacağını deməyə əsas verir.

- Birinci Avropa Oyunlarında qazanılan təcrübə, yaradılan infrastruktur Sizcə, Azərbaycana gələcəkdə nə kimi üstünlüklər vəd edir?

- Fiziki miras baxımından beş yeni idman arenası istifadəyə verildi. Bir daha qeyd etmək istərdim ki, birinci Avropa Oyunlarına hazırlığın uğurlu nəticəsi olaraq artıq Azərbaycan gələcəkdə beynəlxalq idman tədbirlərini keçirmək üçün daha yaxşı mövqelərə çıxır. Bu mötəbər beynəlxalq idman yarışlarının təşkili üçün görülən işlər göz qabağındadır. Bakı Olimpiya Stadionu, üzgüçülük hovuzu və digər müasir tikililər, idman arenaları paytaxtınızın gələcəyi üçün zəngin mirasdır. Ən yeni texnologiyalarla təchiz edilən müasir gimnastika arenası tikilib. Su İdman Sarayı, BMX velosipedinin keçirilməsi üçün məkan, əsrarəngizliyi ilə göz oxşayır.

İnsan irsi baxımından 2 mindən çox istedadlı gənc BEGOC-un işlərinə cəlb edilmişdi. Təqribən 78 faizini azərbaycanlılar təşkil edən bu komandanın üzvləri olduqca bacarıqlı, yüksək təhsilli gənclərdir. Bu zəngin heyətlə, azərbaycanlı həmkarlarımızla birgə işimizi daha yüksək səviyyədə görməyə çalışdıq. Biz birinci Avropa Oyunlarının keçirilməsi ilə böyük bir irs qoymuş olduq. Beləliklə, ölkəniz xaricdən mütəxəssis cəlb etmədən, püxtələşmiş gəncləri ilə bu cür beynəlxalq tədbirə ev sahibliyi etmək bacarığına malik olacaq. Bu gənclər gələn il "Formula-1", 2017-ci ildə İslam Həmrəylik Oyunlarına və digər beynəlxalq yarışlara cəlb oluna bilər. Əlbəttə ki, miras olaraq könüllülərin fəaliyyətini xüsusi qeyd etməliyəm: 12 min 500 yüzdən çox könüllü arenalarda gülərüzlə Azərbaycanın adını ucaltmaq üçün əlindən gələni etdi, 5 mindən çox gənc isə açılış və bağlanış mərasimlərinin təşkili üçün əzmkarlıqla çalışdı.

- Son olaraq, bir sualımızı da qısaca cavablandırmağınızı xahiş edirik. Bakı-2015-in rəsmi media tərəfdaşı olan AZƏRTAC-ın bu dövrdəki fəaliyyətini necə dəyərləndirərdiniz?

- AZƏRTAC "Bakı-2015" ilk Avropa Oyunlarının rəsmi və əsas media tərəfdaşı oldu. Biz AZƏRTAC ilə birgə işləməkdən böyük həzz aldıq. Təbii ki, bizim mükəmməl tarix yazmağımızda AZƏRTAC-ın özünəməxsus dəstəyi oldu. AZƏRTAC nəinki Azərbaycanda hətta, üzv olduğu beynəlxalq alyanslarda da Oyunların geniş təbliği üçün əlindən gələni etdi. AZƏRTAC-ın imkanlarından istifadə etməklə ölkə ilə yanaşı, bütün Avropada, regionda Oyunlarla bağlı ən son yenilikləri çatdırmaq olduqca vacib idi. Bu, bir növ Azərbaycanın nailiyyətlərinin dünyaya nümayiş etdirilməsi deməkdir. Siz bizim üçün mükəmməl tərəfdaş oldunuz. Sizin agentliyiniz, peşəkarlıqla çalışan əməkdaşlarınız olmasaydı, əlbəttə ki, ölkə rəhbərliyinin qarşımıza qoyduğu məqsədlərə nail ola bilməzdik.

"Bakı-2015" idman azarkeşlərinə beynəlxalq standartların ən yüksək səviyyəsi ilə təqdim olundu. Bu məsələdə bizim ən önəmli tərəfdaşlarımızdan biri olan AZƏRTAC öz vəzifəsini layiqincə yerinə yetirə bildi.

Saymon Kleq: 17 günlük fantastik idman bayramı bizim böyük uğura imza atdığımızı göstərdi VIDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq