Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib VİDEO
Ankara, 15 mart, AZƏRTAC
Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Türkiyə Respublikasına işgüzar səfərə gəlib.
Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Ankaranın “Esenboğa” hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi qardaş ölkənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.