Ağ Evdə dövlət və hökumət başçılarının şərəfinə nahar verilib
Azərbaycan Prezidenti İlham Əliyev naharda iştirak edib VİDEO
Vaşinqton, 1 aprel, AZƏRTAC
Xüsusi müxbirimiz xəbər verir ki, martın 31-də Ağ Evdə Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak edən dövlət və hökumət başçılarının şərəfinə Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamanın adından nahar verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev naharda iştirak edib.