CƏMİYYƏT


Gənclər Fondu cəbhə bölgəsinə səfər təşkil edib

Bakı, 28 iyul, AZƏRTAC

Gənclərin vətənpərvər ruhda yetişməsi, dövlətə və milli mənəvi dəyərlərə bağlı vətəndaş kimi formalaşması istiqamətində Azərbaycan Respublikasının Gənclər Fondunun uğurlu fəaliyyətinin davamı kimi Silahlı Qüvvələrimizin yaranmasının 100 illik yubileyi münasibətilə Bərdə rayonundakı “N” saylı hərbi hissədə xidmət edən əsgər və zabitlərlə görüş keçirilib.

Fonddan AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissədəki abidəsi önünə gül dəstəsi düzərək, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad ediblər.

Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və hərbi birlik komandiri, general-mayor Hikmət Həsənov Azərbaycan Ordusunun tarixindən, ölkəmizdə ordu quruculuğundan, Silahlı Qüvvələrin formalaşması və inkişafında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışıblar.

Bildirilib ki, Ulu Öndərin ordu quruculuğu siyasəti bu gün Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Silahlı Qüvvələrə göstərilən xüsusi qayğının nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri bu gün regionun ən güclü ordusuna çevrilib. Ordumuzun hərbi qüdrəti və peşəkarlığı sayəsində cəbhə xəttində Ermənistan silahlı birləşmələrinin bütün təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınır, düşmənə layiqli cavab verilir.

Çıxışlardan sonra hərbi xidmətdə göstərdikləri şücaətə görə bir qrup əsgər və zabit fəxri fərman və hədiyyələrlə təltif ediliblər.

Tədbirin bədii hissəsində hərbi-vətənpərvərlik mahnılarının məşhur ifaçısı Şəmistan Əlizamanlının konserti olub, əsgərlərlə maraqlı interaktiv müsabiqələr keçirilib.

Nahar fasiləsi zamanı qonaqlar əsgərlərlə birlikdə nahar ediblər.

Həmçinin 2016-cı ilin Aprel döyüşlərində erməni işğalçılarından azad olunan ərazilərə səfər edilib, təmas xəttində xidmət edən əsgər və zabitlərlə görüş keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.