İranda zəlzələ nəticəsində xəsarət alanların sayı 146 nəfərə çatıb
Bakı, 22 iyul, AZƏRTAC
İranın qərbində Kermanşah əyalətində baş vermiş 5,9 bal gücündə zəlzələ nəticəsində xəsarət alanların sayı 146 nəfərə çatıb. Bu barədə “Associated Press” agentliyi İranın təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması idarəsinə istinadla məlumat yayıb.
AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, idarənin rəhbəri Pir Hüseyn Koliband xəsarət alan insanlardan 21 nəfərin xəstəxanaya yerləşdirildiyini söyləyib.
Bundan əvvəl 128 nəfərin xəsarət aldığı bildirilmişdi. Zəlzələnin ocağı Kermanşah şəhərindən 76 km qərbdə, İraqın paytaxtı Bağdaddan isə 211 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşib. Bu gün, həmçinin İranın cənubunda 4,6 və 5,4 bal gücündə zəlzələ olub. Zəlzələ baş verən ərazilərə 15 xilasetmə qrupu göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.09.2026 [23:00]
Mahaçqala hava limanında məhdudiyyətlər tətbiq olunub
- 19.09.2026 [22:54]
Media: Husilər Səudiyyə Ərəbistanına hücumlar təşkil ediblər
- 19.09.2026 [22:22]
Donald Tramp: Süni İntellekt Qüvvələri yaradıram
- 19.09.2026 [21:39]
“Mançester Yunayted”in milyarder sahibi: Böyük Britaniyaya inamımı itirmişəm
- 19.09.2026 [21:27]
Leysan yağışları Batumidə həyatı iflic edib
- 19.09.2026 [21:25]
Gürcüstanın dövlət xarici borcu 9 milyard dolları ötüb
- 19.09.2026 [16:49]
Münxendə 191-ci Oktoberfest start götürüb
Sürücülərin nəzərinə
- [21:16]
Bu saata olan əsas xəbərlər
- [20:00]
Dörd yaşında yarımçıq qalan ömür
- [12:08]
Bu saata olan əsas xəbərlər
- [12:00]