“Qarabağ”–APOEL oyununu Slovakiyadan olan hakimlər briqadası idarə edəcək
Bakı, 21 oktyabr, AZƏRTAC
Oktyabrın 24-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin üçüncü turu çərçivəsində keçiriləcək “Qarabağ”-APOEL (Kipr) matçının hakim təyinatları açıqlanıb.
AZƏRTAC xəbər verir ki, qarşılaşmanı slovakiyalı Filip Qlovaya idarə edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ”-APOEL görüşü saat 20:55-də başlayacaq.
A qrupunun digər oyununda Lüksemburqun “Düdelanj” klubu öz meydanında İspaniyanın “Sevilya” komandasını qəbul edəcək. İki turdan sonra aktivində 6 xal olan “Sevilya” turnir cədvəlində birinci pillədə qərarlaşıb. Üç xalı olan “Qarabağ” və “Düdelanj” 2-3-cü yerləri bölüşürlər. APOEL isə sıfır xalla dördüncü yerdə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.05.2026 [13:55]
Qarabağ Universitetinə 100 ədəd velosiped hədiyyə olunub
- 13.05.2026 [13:38]
İtaliyalı velosipedçi: Bu qələbə komandam üçün başlanğıc mərhələsidir
- 13.05.2026 [13:25]
“Qalatasaray”ın futbolçusu İstanbulda hücuma məruz qalıb
- 13.05.2026 [13:22]
“Araz-Naxçıvan”ın futbolçusu Benin millisinə dəvət alıb
- 13.05.2026 [13:11]