Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qərbi Azərbaycana qayıtmaq və orada yaşamaq soydaşlarımızın haqqıdır - Professor

Qərbi Azərbaycana qayıtmaq və orada yaşamaq soydaşlarımızın haqqıdır -  Professor

Bakı, 11 yanvar, AZƏRTAC

Qərbi Azərbaycanda 499 yaşayış məntəqəsi ləğv edilmiş, 704 yaşayış məntəqəsinin, 231 oronimin (dağ adının), 116 hidronimin (göl, çay, kanal, arx və sair), 137 yaylaq və qışlağın adı dəyişdirilmiş, mənəvi genosidin qurbanı olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının binasında Qərbi Azərbaycanın bir qrup ziyalısı ilə görüşdə mən də iştirak edirdim. Prezident İlham Əliyev proqram xarakterli giriş nitqində Qərbi Azərbaycan İcmasının qarşısında duran vəzifələrin istiqamətlərini müəyyənləşdirdi. Bununla da soydaşlarımızın problemlərinin həlli istiqamətində yeni dövr başladı.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi təşkilati şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İbrahim Bayramov “Qərbi Azərbaycana qayıtmaq və orada yaşamaq soydaşlarımızın haqqıdır” sərlövhəli məqaləsində yer alıb.

Professor qeyd edib ki, indiki Ermənistan Azərbaycanın tarixi torpaqları olmaqla yanaşı, Azərbaycan türklərinin tarixi etnik torpaqları olub. Ermənilər bu əraziyə 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsindən sonra kütləvi surətdə köçürülüb, ruslara arxalanaraq ərazinin köklü sakinləri olan Azərbaycan türklərini sıxışdırmağa, tarixi etnik vətənlərindən deportasiya etməyə başlayıblar.

Azərbaycanlılar ta qədimdən XX əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərinə qədər indiki Ermənistan ərazisində yaşamışlar. Bu torpaq Azərbaycan türklərinin ata-baba yurdlarıdır. Onlar zaman-zaman erməni təcavüzünə məruz qalaraq deportasiya olunublar. Təkcə XX əsrdə dörd dəfə (1905-1906, 1918-1920, 1948-1953, 1988-1991) azərbaycanlılar indiki Ermənistan ərazisindən - tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya olunub, soyqırımına məruz qalıblar. “Türksüz Ermənistan” uğrunda mübarizə aparan ermənilər və onların ideoloqları, eləcə də yaxın və uzaq xaricdəki havadarları etnik təmizləmə əməliyyatını 1991-ci il avqustun 8-də başa çatdırdılar. Həmin gün Mehri rayonunun ən böyük kəndlərindən biri - Nüvədi kəndi soyqırımına məruz qalaraq kəndin köklü sakinləri olan azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olundular. Beləliklə, indi “Ermənistan” adlanan Qərbi Azərbaycanda bir nəfər belə azərbaycanlı qalmadı. Halbuki 1828-ci ildə İrəvan şəhərində 7331 nəfər azərbaycanlı, 2369 erməni, İrəvan xanlığının Zəngibasar mahalında 5413 nəfər azərbaycanlı, 603 erməni, Gərnibasar mahalında 4176 nəfər azərbaycanlı, 145 erməni, Vedibasar mahalında 3449 nəfər azərbaycanlı, 15 erməni, Saatlı mahalında 1004 nəfər azərbaycanlı, Seyidli və Axsaxlı mahalında 1754 azərbaycanlı, 28 erməni, Sərdarabad mahalında 1837 nəfər azərbaycanlı, 3214 erməni, Dərəçiçək mahalında 1300 nəfər azərbaycanlı, 552 erməni, Göyçə mahalında 5607 nəfər azərbaycanlı, 90 erməni, Naxçıvan xanlığının Dərələyəz mahalında 4583 nəfər azərbaycanlı, 288 erməni yaşamışdır.

Bildirilib ki, Türkmənçay müqaviləsindən sonra - 1828-1830-cu illərdə İran və Türkiyədən İrəvan şəhərinə 1763, Qırxbulaq mahalına 1274, Zəngibasar mahalına 2360, Gərnibasar mahalına 5359, Vedibasar mahalına 1069, Sərdarabad mahalına 377, Karpibasar mahalına 3073, Abaran mahalına 8875, Dərəçiçək mahalına 6798, Göyçə mahalına 8557, Dərələyəz mahalına 2773 erməni köçürülərək yerləşdirilib. Bununla da Azərbaycan türklərinin indiki Ermənistan ərazisindən - tarixi-etnik torpaqlarından deportasiyası üçün real zəmin yaradıldı.

1905-1906-cı ildə baş verən erməni-azərbaycanlı müharibəsi, 1914-cü ildə başlanan Birinci Dünya müharibəsi və 1918-ci ildə indiki Ermənistanda daşnakların hakimiyyətə gəlməsi nəticəsində azərbaycanlılar ermənilərin soyqırımına məruz qalıblar. Təkcə 1919-1920-ci illərdə Abaran rayonundan 3691, Allahverdi (indiki Tumanyan) rayonundan 1666, Axta (indiki Razdan) rayonundan 8053, Ağbaba (indiki Amasiya, Axuryan və Qukasyan rayonları) rayonundan 13 min 645, Əştərək rayonundan 11 min 313, Basarkeçər (indiki Vardenis) rayonundan 26 min 238, Gorus rayonundan 1429, Krasnoselo rayonundan 512, Talin rayonundan 7688, Leninakan (indiki Spitak və Quqark rayonları) rayonundan 3410, Abovyan rayonundan 9436, Qəmərli (Artaşat) rayonundan 24 min 149, Qafan rayonundan 12 min 657, Qurduqulu rayonundan 8490, Qaranlıq (indiki Martuni) rayonundan 3190, Meğri rayonundan 8508, Yeni Bayazid (indiki Kamo) rayonundan 4077, Sisyan rayonundan 17 min 880, Stepanavan (Calaloğlu) rayonundan 1868, Vağarşabad (Eçmiədzin) rayonundan 27 min 750, Vedi (indiki Ararat) rayonundan 8933, Keşişkənd (indiki Yeğeqnadzor) rayonundan 14 min 837, Paşalı (indiki Vayk) rayonundan 8933 azərbaycanlı deportasiya olunub.

Sovet hakimiyyəti dövründə azərbaycanlıların indiki Ermənistandan dövlət səviyyəsində, özü də SSRİ adlanan nəhəng imperiya tərəfindən deportasiyası köçürülmə adı ilə həyata keçirilib. SSRİ Nazirlər Sovetinin 1947-ci il dekabrın 23-də “Ermənistan SSR-dən kolxozçuların və başqa əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 4083 saylı və 1948-ci il martın 10-da isə həmin qərara əlavə olaraq qəbul edilən “Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında” 754 saylı qərarlarına əsasən 1948-1953-cü illərdə 150 min azərbaycanlı tarixi-etnik torpaqlarından deportasiya edilib.

1988-1991-ci illərdə isə Rusiyanın köməyi ilə Ermənistan dövləti tərəfindən indiki Ermənistan ərazisindən 300 mindən artıq azərbaycanlı deportasiya olunub. Ümumiyyətlə, XX əsrdə iki milyon azərbaycanlı indiki Ermənistandan - Qərbi Azərbaycandan - tarixi-etnik torpaqlarından qovulublar.

Bu tarixi faciələrə vaxtında hüquqi-siyasi qiymət verilməyib. Yalnız Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev bu tarixi ədalətsizliyə, hüquqi-siyasi qiymət verib, bununla bağlı fərmanlar imzalayıb. 2001-ci il 22 avqust tarixli Fərmanda göstərilir: “Tarixi saxtalaşdırmaq, təhrif etmək və Azərbaycan torpaqlarının tarixi adlarını dəyişdirmək, süni surətdə Ermənistanı monoetnik dövlətə çevirmək siyasətinin tərkib hissəsini təşkil edirdi. 1935-1989-cu illərdə Ermənistanda hətta yer adlarına qarşı qərəzli siyasət tətbiq edilmiş və minlərlə Azərbaycan toponimi xəritələrdən silinmişdir”.

Vurğulanıb ki, İrəvan qədim Azərbaycan şəhəridir. Dövlətimizin başçısı İrəvan şəhərinin ağrılı taleyi ilə bağlı dedi: “XX əsr bu baxımdan xalqımız üçün çox böyük faciələr gətirmişdir. 1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından birində bizim tarixi şəhərimizi - İrəvanı Ermənistana faktiki olaraq bağışlamışdır. Bu, bağışlanmaz bir addım idi, bu, xəyanət idi və cinayət idi. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir. Biz heç vaxt tariximizi təhrif etməməliyik.

Tariximizdə şanlı səhifələr də olub, əfsuslar olsun ki, qara səhifələr də olub. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, qısamüddətli fəaliyyəti haqqında mən dəfələrlə öz fikirlərimi bildirmişdim. Azərbaycan Demokratik Respublikasının qurucularının fəaliyyətini yüksək qiymətləndirmişdim. Bu, doğrudan da dünya miqyasında, müsəlman aləmində ilk respublika idi, baxmayaraq ki, cəmi iki il yaşadı. Ancaq, eyni zamanda, biz bu tariximizin qara səhifələrini də unutmamalıyıq, ört-basdır etməməliyik. Birincisi, tarixi həqiqət təhrif olunmuş formada təqdim edilməməlidir. İkincisi, bu faciəvi hadisə hamımız üçün dərs olmalıdır.

“O vaxt bu qərarı müxtəlif səbəblərlə izah etməyə çalışanlar da olub, bu gün də var. Ancaq hesab edirəm ki, heç bir izahat qəbul edilən deyil, çünki ermənilər bu addımla kifayətlənməmişlər. Əgər kimsə hesab edirdi ki, İrəvanı orada yaşayan insanlardan xəbərsiz öz doğma diyarından məhrum etməklə Ermənistan və ermənilər kifayətlənəcək, böyük səhv edirdi və sonrakı tarix bunu bir daha göstərdi”.

1673-cü ildə İrəvanda olan XVII əsr fransız səyyahı Jan Şarden yazır ki, İrəvan qalası kiçik bir şəhərdən böyükdür. О, oval formadadır ki, dairəsi dörd min addım olub, təxminən 800 evdən ibarətdir. Orada ancaq təmizqanlı səfəvilər (Azərbaycan türkləri - İ.B.) yaşayırlar”, - deyə professor qeyd edib.

Ermənilər şəhərə geniş surətdə 1828-ci il Türkmənçay müqaviləsindən sonra - 1828-30-cu illərdə İran və Türkiyədən köçürülüblər. Erməni müəllifi Z.Qorqodyan yazır ki, İrəvanda 1829-cu ildə 9889 nəfər azərbaycanlı, 2174 erməni, 1831-ci ildə 7331 nəfər azərbaycanlı, 4484 erməni, 1873-cü ildə 5805 nəfər azərbaycanlı, 5959 erməni, 1886-cı ildə 7228 nəfər azərbaycanlı, 7142 erməni, 1897-ci ildə 12 min 516 nəfər azərbaycanlı, 12 min 529 erməni, 1922-ci ildə 5124 nəfər azərbaycanlı, 40 min 396 erməni, 1926-cı ildə 4968 nəfər azərbaycanlı, 57 min 295 erməni, 1931-ci ildə 5620 nəfər azərbaycanlı, 80 min 327 erməni yaşayıb. Bununla yanaşı, 1970-ci ildə 2721 nəfər azərbaycanlı, 738 min 45 erməni, həmçinin kürdlər, ruslar və başqa millətlərin nümayəndələri yaşayıb. Bu rəqəmlərdən aydın görünür ki, ermənilər XIX əsrin əvvəllərindən XX əsrin əvvəllərinə kimi çar Rusiyasının, XX əsrin əvvəllərindən, daha doğrusu, 1918-ci ildən sovet Rusiyasının himayəsi altında və onlara arxalanaraq Azərbaycanın digər torpaqlarında olduğu kimi, İrəvan şəhərində də məskunlaşdırılıb, bunun nəticəsi olaraq şəhərin köklü sakinləri olan Azərbaycan türkləri zaman-zaman deportasiya ediliblər. 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar şəhərdən tamamilə Ermənistan dövləti tərəfindən deportasiya olunublar.

İrəvan şəhərinin tarixi məhəllə, karvansara, meydan, bağ adları da Azərbaycan dili əsasında yaranıb.

Prezident İlham Əliyev çıxışında İrəvan şəhərinin tarixi abidələrinin məhv edilməsinə də toxundu. Dedi ki, abidələrimizin dağıdılması ilə bağlı məlumatlar dünya ictimaiyyətinə çatdırılmalıdır.

İrəvan şəhərinin bütün tarixi abidələri və adları aydın şəkildə göstərir ki, İrəvan qədim Azərbaycan şəhəridir və azərbaycanlıların tarixini özündə əks etdirir. İrəvan şəhərində törədilmiş erməni vandalizmini dövlət səviyyəsində Ermənistan adlandırılan Qərbi Azərbaycanda azərbaycanlılara qarşı törədilmiş cinayətlər, göründüyü kimi, tarixi abidələrdən də yan keçməyib. İrəvan şəhərində, eləcə də Qərbi Azərbaycanın digər kənd və şəhərlərində də azərbaycanlıların tarixini özündə yaşadan abidələr yer üzündən silinib, erməni vandalizminin qurbanı olub.

İbrahim Bayramov bildirib ki, Prezident İlham Əliyev görüşdə Qərbi Azərbaycanın tarixi ərazisi olan Zəngəzurla bağlı baş vermiş hadisələrin tarixini də aydın şəkildə göstərdi.

“Zəngəzur tarixi Azərbaycan torpağıdır. XIX əsrin 20-ci illərində Azərbaycan Rusiya tərəfindən işğal olunduqdan sonra inzibati ərazi vahidlərinin adları dəyişdirilib, quberniyalar və quberniyalara tabe olan qəzalar yaradılıb. Zəngəzurun ərazisi Gəncə (Yelizavetpol) quberniyasının Zəngəzur qəzasına daxil edilib. Zəngəzur qəzası ayrıca inzibati ərazi vahidi kimi 1861-ci ildə yaradılıb. 1867-ci ilin dekabrında Yelizavetpol (Gəncə) quberniyası yaradıldıqda mərkəzi Gorus olmaqla Zəngəzur qəzası onun tərkibinə daxil edilmişdi. 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Demokratik Respublikası dövründə də Zəngəzur inzibati vahid kimi Gəncə (Yelizavetpol) quberniyasının Zəngəzur qəzası adı ilə Azərbaycan ərazisinin daxilində olub”, - deyə professor əlavə edib.

İ.Bayramov bildirib ki, ziyalılarla görüşündə dövlətimizin başçısı Qərbi Azərbaycanla bağlı aparılacaq tədqiqatların elmi istiqamətdə aparılaraq dünya ictimaiyyətinə çatdırılmasının yollarını göstərdi, İcmanın çox iş görməli, bu sahədə aparılacaq elmi-tədqiqat işlərini koordinasiya etməli olduğunu vurğuladı, həmçinin Qərbi Azərbaycan məsələsinin sülh yolu ilə həlli məsələsinin vacibliyini diqqətə çatdırdı. Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı fikirləri göstərir ki, Azərbaycan sülhsevər dövlətdir, hər bir problemi sülh yolu ilə həll etməyə hazırdır.

“Əminliklə deyə bilərəm ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qərbi Azərbaycandan deportasiya olunanlar tarixi-etnik torpaqlarına qayıdacaq. Doğma torpaqlarımız qayıtmaq üçün Qərbi Azərbaycan İcmasının fəaliyyətində yaxından iştirak etməli, əlimizdən gələni əsirgəməməliyik”, - deyə professor fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası

Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub

Sərdar Fərəcov: Uşaqların dünyəvi təhsili və hərtərəfli inkişafı əsas prioritet olmalıdır

BSU-da “Dil və mədəniyyət” forumu: iki ölkə arasında akademik əlaqələr diqqət mərkəzində

İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub

“Eyni səma altında: astronomiya təhsili görüşləri” - Azərbaycan, Türkiyə və Özbəkistan məktəbliləri bir arada

Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib

Güllü Eldar Tomarlı: Kəlağayı keçmişlə gələcək arasında ipək körpüdür VİDEO

Güllü Eldar Tomarlı: Kəlağayı keçmişlə gələcək arasında ipək körpüdür VİDEO

“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq

Şəkidə keçirilən müşavirədə YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrdən danışılıb

Azərbaycanlı akademik beynəlxalq konfransda Türk dünyasının inteqrasiyası ilə bağlı təkliflər irəli sürüb

Zülfiyyə Nuriyeva: “Kəlağayı yürüşü”nün əsas məqsədi milli irsimizi gənclərə daha yaxından tanıtmaqdır VİDEO

Zülfiyyə Nuriyeva: “Kəlağayı yürüşü”nün əsas məqsədi milli irsimizi gənclərə daha yaxından tanıtmaqdır VİDEO