SİYASƏT


Rabatda Xocalı qətliamı və Ermənistanın Azərbaycana təcavüzünə dair qətnamə layihələri qəbul edilib

Rabat, 15 mart, AZƏRTAC

Martın 14-də Mərakeş Krallığının paytaxtı Rabatda İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqı (İƏT Pİ) Konfransının 14-cü iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanı Milli Məclisin İƏT Pİ-dəki nümayəndə heyətinin rəhbəri Gövhər Baxşəliyeva, parlamentin əməkdaşı Emin Məmmədov təmsil ediblər.

Konfrans çərçivəsində “Xocalı qırğını qurbanlarının xatirəsinin yad edilməsinə dair” və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüz etməsinə dair” qətnamə layihələri qəbul edilib.

Milli Məclisin deputatı Gövhər Baxşəliyeva sessiyada məruzə ilə çıxış edib, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun bu günədək həllini tapmaması haqqında ətraflı məlumat verib. O, üzv ölkələrin nümayəndə heyətlərinə Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərinə və qətnamə layihələrinin qəbul olunmasına səs verdiklərinə görə minnətdarlığını bildirib.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Rabat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.