Türkiyədə sanksiyalar şəraitində Rusiya ilə əməkdaşlığın perspektivləri qiymətləndirilir
Bakı, 12 mart, AZƏRTAC
Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq, Moskvanın bir növ “dünyaya açılan pəncərəsi” olmaq üçün Ankaranın yaxşı imkanları yaranıb.
AZƏRTAC xəbər verir ki, bunu türkiyəli analitik Mehmet Perinçek RİA Novosti informasiya agentliyinə deyib.
“ABŞ-ın sanksiyaları təkcə Rusiyaya deyil, həm də onun ticarət tərəfdaşlarına, o cümlədən Türkiyəyə təsir edir. Türkiyə bu sanksiyalara qoşulmayacaq, Rusiyanın bir növ “dünyaya açılan pəncərəsi” olmaq üçün Ankaranın yaxşı imkanları yaranıb. Türkiyə Rusiya ilə əməkdaşlıq edərək həm enerji, həm də logistika mərkəzinə çevrilə bilər”, - deyə ekspert bildirib.
Onun sözlərinə görə, qarşıdan gələn yay mövsümü və rus turistlərinin gözlənilən axını Türkiyə üçün həssas mövzudur. Ankara, eyni zamanda, Qərb şirkətlərinin Rusiya bazarından geri çəkilməsi ilə bu ölkənin iqtisadiyyatında yaranan boşluqları doldura bilər. Həmçinin tikinti sektoru üçün xüsusi imkanlar yaranır.
Xatırladaq ki, Avropa İttifaqı, Kanada, ABŞ, Böyük Britaniya və dünyanın bir çox digər ölkələri Moskvanın Ukraynaya qarşı apardığı müharibə səbəbindən Rusiyaya qarşı geniş sanksiyalar tətbiq edib. Martın 8-də ABŞ Rusiyadan neft və neft məhsulları, həmçinin maye qaz və kömür idxalına qadağa qoyub. Avropa İttifaqı isə RF-ə qarşı neft və qaz sektorlarına təsir edəcək sanksiyalar tətbiq etməmək qərarına gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.07.2026 [15:00]
Sarı dəniz sahilində Çin-Rusiya birgə təlimi keçirilir
- 06.07.2026 [14:45]
UNICEF: Sudanda son altı ayda 300-dən çox uşaq öldürülüb
- 06.07.2026 [14:24]
Fransada polis bir neçə nəfərə bıçaqla hücum edən şəxsə atəş açıb
- 06.07.2026 [14:14]
Pekin Rusiya hərbçilərinin Çində təlim keçdiyinə dair iddiaları rədd edib
- 06.07.2026 [14:09]
Bukinqem Sarayı: Şahzadə Harri Londona səfəri zamanı sarayda qalmayacaq
- 06.07.2026 [14:02]
Ankarada NATO sammiti üçün TOGG elektromobilinin limuzin modeli hazırlanıb
- 06.07.2026 [13:22]
Çin sualtı qayıqla qitələrarası raketin sınaq buraxılışını həyata keçirib
- 06.07.2026 [13:13]