Ukrayna Qarabağda ərzaq məhsullarının satışı üçün danışıqlar aparır
Kiyev, 20 sentyabr, AZƏRTAC
Azərbaycanın işğaldan azad olunan ərazilərində Ukrayna məhsullarının satışı nəzərdə tutulur.
Bu barədə AZƏRTAC-a məxsusi müsahibəsində Ukrayna Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov məlumat verib.
Gennadi Çijikovun sözlərinə görə, hazırda Ukrayna Ticarət Evinin Şuşa şəhərində “UTE-Qarabag” regional filialının açılması üçün danışıqlara başlanılıb. Məqsəd Azərbaycanın işğaldan azad olunan ərazilərində Ukrayna məhsullarının satışını təşkil etməkdir. Bu tədbirlər çərçivəsində Ukrayna brendi adı altında mağazaların açılması planlaşdırılır.
O qeyd edib ki, Ukrayna Ticarət Evinin Azərbaycanda 11 pərakəndə satış mağazası fəaliyyət göstərir. Mağazalarda Ukraynanın 37 aparıcı şirkətinin ərzaq mallarının satışı təmin edilib.
“Ukrayna Ticarət Evi vasitəsilə 2020-ci ildə Azərbaycan bazarında ukraynalı qida istehsalçılarının 9 milyon dollarlıq məhsulu satılıb. Biz bu rəqəmi kifayət qədər artırmaq niyyətindəyik”, - deyə G.Çijikov əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.08.2026 [13:38]
Azərbaycan səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim edib
- 18.08.2026 [13:43]
Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb
- 17.08.2026 [17:33]