DÜNYA


Yunanıstanda parlament seçkilərində hakim partiya 40 faizdən çox səs toplayıb

Yunanıstanda parlament seçkilərində hakim partiya 40 faizdən çox səs toplayıb

Bakı, 22 may, AZƏRTAC

Yunanıstanın Baş nazir Kiriakos Mitsotakisin rəhbərlik etdiyi sağ mərkəzçi "Yeni Demokratiya" partiyası bülletenlərin 60 faizinin hesablanmasından sonra səslərin 40,8 səs qazanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi xəbər verib.

Məlumata əsasən, sabiq baş nazir Aleksis Tsiprasın əsas müxalifət partiyası "Radikal Sol Koalisiyası - Proqressiv Alyans" 20,09 faiz, solçu "PASOK - Dəyişiklik Hərəkatı" partiyası isə 11,98 faiz, Yunanıstan Kommunist Partiyası- 7,03 faiz, sağ "Helleniki lisi" ("Yunan həlli") partiyası 4,49 faiz səs toplayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.