"Füzuli" yarımstansiyası şəhərlə yanaşı, 10 kəndi də elektriklə təmin edəcək VİDEO
Füzuli, 16 iyun, Aydın Yavərzadə, AZƏRTAC
Yeni inşa edilən "Füzuli" yarımstansiyası Füzuli şəhəri ilə yanaşı, yaxın 10 kəndi də elektriklə təmin edəcək
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlmasında "Azərenerji" ASC-nin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev bildirib.
O qeyd edib ki, 110-35-10 kilovoltluq stansiyada 2×40 meqavolt amperlik transformator quraşdırılıb. Yarımstansiya Şükürbəyli yarımstansyasından qidalanır. Elektrik enerjisi ilə təchizatın yaxşılaşdırılması üçün həmçinin Şükürbəyli yarımstansiyası təmir-bərpa işləri görülərək gücləndirilib. Teymur Abdullayev onu da qeyd edib ki, Füzuli və Şuşada yarımstansiyalar fəaliyyət göstərir. Bundan başqa, hazırda Kəlbəcər, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında da yarımstansiyaların tikintisi aparılır və ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulub.